Mayın 3-də Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Ravon” markalı minik avtomobili dərəyə aşıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
ONA yazır ki, avtomobilin sürücüsü V. Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü A.Əliyevanı avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.
Həmçinin V.Abdullayevin həmin avtomobili oğurladığı bildirilir.