Son xəbərlər

 
Azərbaycanda 8 il öncə vəfat etmiş şəxsə barədə qəribə qərar


Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ailədə üç qardaş olublar: “Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola bilməz”.

N.İbrahimov bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib, müayinədən keçib: “O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsindən ONA-nın yerli bürosuna verilən məlumata görə, şəhər və rayon qeydiyyat şöbələrinin hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməlidir. Lakin belə bir sənət təqdim olunmadığına görə Şamaxı rayonu Avaxıl kəndində yaşayan 1987-ci il təvəllüdlü İsgəndərov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Yerli kənd icra nümayəndəliyi isə bildirib ki, rayonun Avaxıl kəndində yaşayan və sonra dünyasını dəyişən Rauf İbrahimovun ölümü haqqında şəhadətnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə vaxtında təqdim olunub.
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü