Son xəbərlər

 
Əmisi arvadı ilə 10 il gizli intim əlaqəyə girdi, sonunda canından oldu – Bakıdakı dəhşətin təfərrüatı


Bakıda qısqanclıq zəminində əmisi arvadını öldürən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az bildirir ki, Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək təqsirli bilinən Hüseynov Rəsul Əlövsət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 13 illik həbs qərrından apelyasiya instansiyasına şikayət edib. Lakin Apelyasiya Məhkəməsi Rəsul Hüseynovun tələbini rədd etdikdən sonra o Ali Məhkəməyə müraciət edib və işin yenidən araşdırılmasını, barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İşə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Qəhrəmanova Mariya Vladimirovnailə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib.

Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.

Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.
Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib.

Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

Rəsul azadlığa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub:

“Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım”.

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul, əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib:

“Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Mariya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi.

Qanı yumaq üçün hamama keçdim. Mariya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi.

Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Mariyanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub”.

Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul, istintaq zamanı belə ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb:

“İstintaq zamanı ifadələr müstəntiq tərəfindən düzgün yazılmayıb. Heç vaxt Mariyanı öldürmək fikrim də olmayıb”.

R.Hüseynovun məhkəməyə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ilkin ifadələri elan edilib.

İstintaqa verdiyi ifadəsində R.Hüseynov təxminən on ildir ki, əmisi arvadı ilə aralarında intim münasibət olduğunu, bu münasibətdən heç kimin, eləcə də əmisinin xəbəri olmadığını, Mariyanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib:

“Mariyanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qısqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım.

Mariya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum”.

Zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib.

Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb.

Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub:

“Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı.

Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib, yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi”.
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü