Son xəbərlər

 
Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi – FOTO


Dələduzluğa görə tutulan Qədim Ədilovun atasını ilginc açıqlamalar verib.

Tikinti materialları, özəlliklə taxta-şalban biznesi ilə məşğul olan və 8 nəfərə qarşı dələduzluqda ittiham olunan Qədim Ədilovun atası Ədil Ədilov “Yeni Müsavat”a danışıb. Ə.Ədilov oğlunun həbsində Dabuleyka Quliyevi və Akif Çovdarovu günahlandırır. Deyir ki, oğlu Qədim Ədilov günahsızdır.

“Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C.Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib. Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə Q.Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi – FOTO


Qədim Ədilov

Qədim Ədilovun atası Ədil Ədilov musavat.com-a deyir ki, oğlunu həbs olunmasının təşəbbüskarı Dabuleyka Quliyevdir: “O, Akif Çovdarovun davamçısıdır. Oğlum Qədimdən 3 il əvvəl olan şikayətləri ”dirildən” odur. Çovdarov həbs olunub, Dabuleyka azadlıqda qalıb. Dabuleyka Çovdarovun əlaltısı olub. Dabuleyka Quliyev Çovdarovun qaynını, yeznəsini, yeznəsinin qardaşını yığıb başına. O adamlar 3 il əvvəl Qədimdən şikayətçi idilər. O vaxt yoxladılar, gördülər ki, Çovdarov bizə ziyan verib. Buna görə iş xitam verdilər. Bu gün Çovdarovun pulunu hökumət almayıb, onun camaata vurduğu ziyanı hökumət ödəməyib. Çovdarov indi həmin pulları xərcləyir, ondan 62 zərərçəkən vardı, onları bir-bir dələduz kimi tuturlar. Onlar qarşılarına məqsəd qoyublar, Qədimin dalınca çox gəlib-getdilər ki, Çovdarovdan şikayətçi olmayaq. Amma biz onlardan mənim adıma olan evi tələb etdik. Həmin 120 kvadratlıq evi Çovdarovun işçiləri oğlum Qədimin başının üstündə dayanıblar, ərizə yazdırıblar ki, həmin evi bağışlayır Çovdarovun qohumuna. Bu gün də həmin ev Çovdarovun qaynının adınadır. Bu gün də Dabuleyka Quliyev qabağa düşüb. O da Çovdarovun qohumlarını qaldırıb Qədimin üstünə. Halbuki Dabuleyka Quliyevin pulunu “yeyən” qaynı Rövşən Məhərrəmovdur. Rövşən Məhərrəmov əvvəllər Qədimlə birgə taxta alverçiləri olublar. Əvvəlcə Rövşən deyirdi ki, Qədim Ədilovda 200 min pulum var. Sonradan da Çovdarov tutuldu, bu iş də xitama getdi. Bundan sonra Rövşən Məhərrəmov Qədimin yanına gəlmişdi ki, barışaq. Qədim də demişdi ki, sənin mənə 45-50 min borcun var, mənim sənə borcum yoxdur. Həmin vaxt Rövşən Qədimə notariusda kağız da yazıb verib ki, sənin mənə borcun yoxdur. Bu gün Dabuleyka Quliyev qaynı Rövşən Səfərovu da həbs etdirib. 10 aydır Rövşən həbsdədir. Ona türmədə yaxınlaşıblar ki, de ki, həmin notariusdakı kağızı təzyiqlə vermişəm. Halbuki özü gedib, belə bir kağız yazıb verib. Bu gün o, Qədimin üzünə dayanır. Bir Xaləddin adlı adamı tapıblar, onu da Qədimin üzünə saxlayıblar. O da deyir ki, Qədimin mənə 167 min borcu var. Həmin adamın nəinki 167 min, heç 167 manat da pulu olmadığı üzündən bilinir. Guya 15 vaqon taxtanın pulunu verib Qədimə. Halbuki 1-2 vaqonun pulunu verərdi, qalanını da sonra verə bilərdi. Dabuleyka Quliyev qaynından ala bilmədiyini bizdən almaq istəyirlər. Çovdarovun qohumları Məmməd, Natiq, Çovdarovun qızının qaynı var işdə. Çovdarova xəbər veriblər ki, taxta bazarında Qədim adlı oğlan var, yaxşı pul qazanır. Çovdarov da aparıb Qədimi döymüşdü, boynuna 300 min pul qoymuşdu. 2015-ci il iyunun 23-də Çovdarov Qədimin boynuna 300 min pul qoyub. Sentyabrın əvvələrində Çovdarov mənim digər övladlarımın işinə qarışırdı. Qədim görüb ki, Çovdarov qardaşlarına sataşır, dost-tanışdan pul alıb, əvvəllər insan alverində rəis olan Cavad Şıxəliyevdən 50 min alıb aparıb verib. Cavad Şıxəliyev bu gün də mənə deyir ki, harada istəyirsən gedək yazım verim, Qədim istəsə pulu verəcək, olmayacaq verməyəcək. Deyir ki, mən heç kimə şikayət etməmişəm. Cinayət işində də ərizəm yoxdur. Onun adı məhkəmədə keçmir. Cavad mənə deyir ki, mənim Qədimə, Qədimin mənə borcu yoxdur”.

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi – FOTO


Ədil Ədilov oğlu Qədim Ədilovun 2015-ci ilin yanvarında Natiq Hümbətova borcunun olmasını təsdiqləyən müqavilə bağlamasını, 5 ay sonra MTN-ə aparılması ilə bağlı bunları deyib: “Natiq Hümbətov da taxta biznesi ilə məşğul olur. O, pulu haradan qazanıb bilmirəm. O, mənim oğlumu aparıb Çovdarova döydürüb. Bundan sonra mənzili Qədim verib. 2 MTN işçisi dayanıb Qədimin başının üstündə. Çox pul qazanıb Qədim, onlar da haqq istəyiblər. Oğlumu Çovdarov döyəndə Natiq də, Səlim Məmmədov da orada olub. İçəri girən kimi Çovdarov Qədimə sillə vurub. Qədimə deyiblər ki, 1 həftəyə dediyimi gətir. Qədim də deyir ki, canımın dərdindən dedim 1 həftəyə, iyulun 23-də gətirib 300 min dolları verəcəyəm. Oğlumun Natiqə borcu olmayıb. Mənim oğlum 50 mini Cavad Şıxəliyevdən alıb. Qalanı da dost-tanışdan. Cavad Şıxəliyev İmişlidəndir, biz Saatlıdanıq. Bir-birimizi çoxdan tanıyırıq. Qədim gedib Cavaddan pul istəyib, o da verib. Mənim oğlum pulu verməsəydi, onun 2 vəzifədə olan qardaşını da şikəst edəcəkdi. Oğlum dost-tanışdan pulu alıb verib. Çovdarov oğlumun mayasını əlindən alıb, o da alver edə bilməyib, borcları da qaytara bilməyib. Çovdarova 12 il verdilər. O, 62 nəfər ailəni başsız qoyub. Akif Çovdarov milyonçu Tağı Əhmədovdan 3 milyon alıb. Onun pulu var ki, verib. Bizim pulumuz yox idi, ona görə borc almışdı”.

Ədil Ədilov deyir ki, bu gün oğlu Qədim Ədilov ittihamı qəbul etmir: “Rövşən Məhərrəmovu qabağa vermişdilər, alınmadı, indi də başqa birini tapıb veriblər qabağa. Oğlumu aprelin 2-dən həbsdədir. Kimə deyirsən, deyir bilmirik. Dabuleyka Quliyev düşüb qabağa, oğlumu tutublar”.
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü