Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.ONA xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb.Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.