Tanışına 3 bıçaq xəarəti yetirməkdə təqsirləndirilən Musa Nuşirəvan oğlu Şahverdiyevin məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi bu gün təxirə salınıb. Növbəti məhkəmə iclasının vaxtı hələlik təyin olunmayıb.
Qeyd edək ki, hadisə 2018-ci ilin iyun ayında Binəqədi rayonu ərazisində yerləşən Slavyan Universitetinə məxsus 2 saylı yataqxanasının həyətində qeydə alınıb. Şahverdiyev Musa Nuşirəvan oğlu tanışı Atakişiyev Elvin Məhərrəm oğlunu bıçaqlayıb. Yaralı gənc təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Məlum olub ki, E. Atakişiyev 3 bıçaq xəsarəti alıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə saxlanılaraq Binəqədi RPİ-nin İstintaq Şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.