Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində qeydə alınıb.
Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub və nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.