Son xəbərlər

 

Adam öldürməyə cəhddə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş Xaliq Kələntərov ifadə verib.

O deyib ki, Əlyarla münasibətləri yaxşı olub. Hadisə baş verən gün isə içkili olduqlarını söyləyib. Kələntərov hadisənin anlaşılmazlıqdan baş verdiyini deyib: "İçkili idik. Səbəb yoxdur. Sadəcə bir-birimizi başa düşməmişik. Heç bir şikayətim yoxdur".

Suallara cavab verən Kələntərov onu bıçaqlayan şəxslə daha əvvəl mübahisə və dava etmədiyini deyib. Kələntərov indi içkini tərgitdiyini deyib.

Məhkəmədə məlum olub ki, hadisədən əvvəl Kələntərov manqandan yanar kösöv götürərək Əlyarın arxasınca qaçıb. Buna səbəb isə aralarında yaranmış mübahisə olub.

Belə ki, daha əvvəl həbsxana həyatı yaşayan Kələntərov tanışı Əlyara irad bildirib ki, həbsdə olanda onun yanına niyə gəlməyib və həbsdən çıxandan sonra niyə ona salam verməyib. Mübahisə bununla başlayıb.

Kələntərov bu qeyd edilənləri təsdiqləyib və bildirib ki, içkili olub.

Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.

Hadisə bu il martın 7-də Binəqədidə baş verib. Çoxsaylı bıçaq yarası alan 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıb.

5 bıçaq yarası alan Kələntərovun həyatını xilas etmək mümkün olub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Osmanov Əlyar Əskər oğlunu saxlayıb. 

Məlum olub ki, bıçaqlanan Kələntərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, Əlyar Osmanov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü