Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
FHN-dən Axar.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.