Bakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb.
Millidestek.az xəbər verir ki, Hadisə Sabunçu rayonunda baş verib.
Ramana qəsəbəsində 33 yaşlı Qurbanov Niyaməddin Musa oğlu ilə tanışı arasında küçədə mübahisə düşüb. Mübahisə kütləvi dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək, müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.