Bakıda 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
Report xəbər verirki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Müşfiqabad qəsəbəsində 6 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1992-ci il təvəllüdlü Əhmədov Emil Elşən oğlu və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.