Şirvan sakini intihar edib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1991-ci il təvəllüdlü Rəsulov Ceyhun Rəsul oğlu gecə saatlarında yaşadığı evdə özünü asıb.
Onun asılmış cəsədi qohumları tərəfindən aşkarlanıb.
Meyit müayinə olunması üçün Şirvan morquna aparılıb. İntiharın səbəbləri məlum deyil.
Hadisə Şirvan şəhər prokurorluğu tərəfindən araşdırılır.