Gəncədə döyülmə faktı qeydə alınıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Tural müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, T. Quliyev qayınatası tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.