Lənkəranda 24 yaşlı şəxsin boğazı kəsilərək xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Asim Təvəkkül oğlu Cəfərov boyun nahiyəsinin kəsilməsi diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb.
Yaxınlarının verdiyi məlumata görə, onun boynunu dəmir kəsib.
Fakt araşdırılır.