Bakının Qaradağ rayonunda cərəyan vurması hadisəsi baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsindəki evlərdən birində qeydə alınıb.
1967-ci il təvəllüdlü Həsənova Nuridə Ələkbər qızı evdə iş görən zaman ehtiyatsızlıqdan onu cərəyan vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.