Bakıda gənc oğlanı elektrik cərəyanı vurub.
Millidestek.az xəbər verir ki, Bədbəxt hadisə Səbail rayonunda baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Elvin İsmayılov R.Rüstəmov küçəsində yaşadığı evdə iş görərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vurub.
E.İsmayılov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq təfərrüatları araşdırılır.