Hansı səbəbdən öldürüldüyünü bilmirik. Ancaq atası Baris bəyin işi ilə əlaqədar bir məsələ deyil.
Bu sözləri Axar.az-a Ağdaşın Qəribli kəndində öldürülən Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğlu Sahib Həsənovun qətli ilə bağlı danışan qohumu deyib.
“Biz də məlumatsızıq. Araşdırma aparırlar. Yəqin ki, özü ilə əlaqədar olan problem yaşanıb. Sahib subay idi”.
Qeyd edək ki, Ağdaş rayonunun Qəribli kəndində qətl hadisəsi törədilib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayaraq öldürüb.