Tovuz rayonunda yerli sakin sirkə turşusu içərək intihara cəhd edib.
“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədova Şəhanə Nəsrəddin qızı yaşadığı evdə sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən qadının intihara cəhd etdiyi bildirilir. Qeyd edək ki, Ş.Əhmədovanın iki övladı var.
Faktla bağlı araşdırma aparılır.