Son xəbərlər

 

İnsan çox şeylərə qadir olsa da, bu qadirliyin, orqanizmin dözümlülüyünün son həddi, limiti var.

Bu hədd yetişəndə o öz həyatı ilə vidalaşmalı olur.

Millidestek.az xəbər verir ki, Ölümə səbəb olan halları təqdim edir:

1. Bədənin temperaturu

Adətən normal insanın temperaturu +35.8-lə +37.3 dərəcə selsi arasında dəyişir. Ümumilikdə isə insanın dözə biləcək temperatur dərəcəsi -20 dərəcə selsidən +41 dərəcəyə qədərdir. Bədənin hərarəti 41 dərəcədən yuxarı qalxanda orqanizmdə xeyli maye itkisi baş verir, orqanlar zədələnməyə başlanır. Temperatur -20 dərəcədən aşağı düşdükdə isə qan dövranı dayanır.

2. Orqanizmdə qanın miqdarı

3 litr, yəni orqanizmdə olan qanın ümumi miqdarının 40-50 faiz itirilməsi son həddir. Qan çatışmazlığı ürəyin işini tam zəiflədir. Belə ki, 3 litr qan itiriləndə ürək lazımi miqdarda olan qanı ötürə bilmir, təzyiq aşağı düşür, beyinin və bütövlükdə orqanizmin qan vasitəsi ilə oksigenlə təmin olunması prosesi dayınır ki, bu da ölümlə nəticələnir. Yalnız bir dəfə rekord həddə, 4 litr yarım qan itirmiş insanın həyatı xilas olub.

3. Su çatışmazlığı

İnsanın susuzluğa dözümü 7-10 gündür. Uzun müddət su çatışmazlığı olanda qan o qədər qatılaşır ki, damarlarda dövran edə bilmir. Ürək qanın qatı olmasından onu ötürməyə gücü çatmır. İnsan bədəninin üçdə ikisi sudan ibarət olduğuna görə onun çatışmazlığı bütün orqanizmə mənfi təsir göstərir və uzun müddətdən sonra (maksimum 10 gün) bütün bu fəsadlar ölümlə nəticələnir.

4. Aclıq

Qida məhsullarının qəbul edilməməsi bütün orqanizmin fəaliyyətinə təsir göstərir. Ac qalmaq ürəyin fəaliyyətini zəiflədir, xolesterinin səviyyəsini qanda artırır, qaraciyər və böyrəklərin yenidən bərpası mümkün olmayan xəstəliklərini yaradır. Uzun müddət ac qaldıqda orqanizmin immuniteti sıfır vəziyyətinə enir, bədənin ümumi tonusu aşağı düşür. Məhz elə gündəlik normal qidalanma bədənin enerjisini təmin etmək üçündür. Sağlam insan normal şəraitdə, istənilən vaxt su icmək şərtilə maksimum 60 gün qidasız yaşaya bilər. Təəsüf ki, dünyada hər gün 25 min insan aclıqdan ölür.

5. Səs gücü

İnsan maksimum 190 desibel səs gücünə tab gətirə bilir. Səsin səviyyəsi 160 desibelə catanda qulaq pərdələri cırılır. Belə güclü səslər daha intensiv, tez-tez qəbul olunanda, o, bütün orqanizmə mənfi təsir göstərir və ağciyərləri də zədələyir ki, bunun nəticəsində hava qana düşür. Bu da öz növbəsində qan damarlarının tıxanmasına səbəb olur, şok yaradır, miokard infarkt baş verir, sonda isə ölümlə nəticələnir. Qulaqcıqlar vasitəsi ilə güclü səslə musiqiyə qulaq asmağı sevənlər bunu nəzərə almalıdırlar.

Özünüzü son hədlərdən, ölümə səbəb olan hallardan qoruyun. Dözümlülük limitini keçməyin ki, sağlam və uzunömürlü olasınız.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü