Xaçmazda azyaşlı faciəvi şəkildə dünyasını dəyişib.
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, 2 yaşlı Nurlan ağayev yaşadığı evdə stuldan yıxılıb.
Rayon mərkəzi xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyion travması qoyulub. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.