Tovuz sakini alkaqol içkidən zəhərlənib.
Report-un məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Yaşar İsmayıl oğlu İsmayılov alkaqollu içkidən zəhərlənərək xəstəxanaya aparılıb. Koma vəziyyətində olan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.