Xəzər dənizində zəlzələ olub.
Axar.az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, 21 iyul yerli vaxtla 23:40- da, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.