Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yerli vaxtla saat 10:22-də Saatlıdan 3 km cənub-qərbdə, Saatlı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.