Hacıqabul sakini ehtiyatsızlıq nəticəsində ölüb.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, 1997-ci il təvəllüdlü Qasımov Tural Ramiz oğlu su nasosunu təmir edərkən elektrik cərəyanının vurması nəticəsində ölüb. Meyit ekspertiza üçün Şirvan şəhər morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.