Salyan rayonunun Parça Xalac kəndi ərazisində baş vermiş avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Şirvan-Salyan avomobil yolu istismara yararsız olduğu üçün yeni çəkilmiş Parça Xalac yolunda Şirvan şəhər sakini, 61 yaşlı İbişov Rasim Eyvaz oğlunun idarə etdiyi 18-BE-228 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşınla 55 yaşlı Abıyev Sübhan Zöhrab oğlunun idarə etdii 10-GX-693 dövlət nömrə nişanlı VAZ-2103 markalı avtomaşın toqquşub.
Hadisə nəticəsində VAZ-21074-ün sərnişinləri, bir ailənin üzvləri olan 61 yaşlı Şirvan şəhər sakini Həsənov Vilayət Musarza oğlu, həyat yoldaşı 58 yaşlı Həsənova Cənnət İzzət qızı və nəvələri 5 yaşlı Əliyev Rauf Famil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda yaralılara tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriləcəkləri gözlənilir.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.