Ötən gecə Bakının mərkəzində naməlum avtomobil gənc qızı vurub.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Xəqani küçəsi 6 ünvanının qarşısında baş verib. Naməlum avtomobil 1997-ci il təvəllüdlü Əhmədova Aytac Vidadi qızını vurandan sonra uzaqlaşıb. Yaxınlıqdakı şəxslərin təcili yardıma müraciətindən sonra gənc qız Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.