Gəncədə dərmandan zəhərlənmə olub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 1983-cü il təvəllüdlü Hüseynov Kamal Cəmil oğlu dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, K. Hüseynov bir neçə dərman həbi qəbul edərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.