AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

Bu barədə  qurumun ictimaiyyətlə əalqələr şöbəsindən məlumat verilib.

Qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xiıas etmək mümkün olmayıb. QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.

Əlavə edək ki, hazırda daha 5 əməkdaşımız xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.

Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılarDövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Bu barədə DGK məlumat yayıb.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Azərbaycanlı alim koronavirusdan öldü
Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi COVID-19-dan dünyasını dəyişib.

Bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova sosial şəbəkədə məlumat verib:

"Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”. (unikal)

 

 

Dövlətə xəyanətdə ittiham olunan şəxsin cəzası azaldıldı

Dövlətə xəyanətdə ittiham olunan 35 yaşlı Orxan Rzaquliyevin cəzasını Ali Məhkəmə azaldıb.

O.Rzaquliyevin vəkili Tural Şükürov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin hakimi Şahin Yusifov sədrliyi ilə keçirilən prosesdə onların kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, cəzanın sərtliyi və ağırlığı nəzərə alınaraq O.Rzaquliyevin cəzası 3 il azaldılaraq 13 ilə endirilib.

Qeyd edək ki, O.Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Fotoda: Vəkil Tural Şükürov

Sumqayıt sakini olan Orxan Rzaquliyev dövlətə xəyanətdə və silah-sursat saxlamaqda təqsirləndirilir. İttihama görə, O.Rzaquliyev İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə pula görə əməkdaşlıq edib. SEPAH əməkdaşlarından aldığı pul qarşılığında ona Azərbaycandakı bəzi obyektlərin fotosunu çəkib göndərmək, Bakıda rəhbəri milliyyətcə yəhudi olan klinikanın həkimlərini izləmək, onlarla yaxın münasibət qurmaq kimi tapşırıqlar verilib. Klinikada çalışanlar, ora gəlib-gedənlərlə bağlı daha yaxşı müşahidə aparmaq üçün O.Rzaquliyev tibb mərkəzinin yaxınlığında yerləşən kafeni icarəyə götürüb. Kafenin 500 manat icarə haqqını isə İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı pulla ödəyib. O.Rzaquliyevin ifadəsinə görə, ona İranda fars dilində bir sənəd verilib. O da sağ baş barmağını mürəkkəbə batırmaqla sənədi imzalayıb. Bundan sonra ona 500 manata bərabər məbləğdə İran pulu verilib. O da həmin vəsaiti sərhəddə dəyişib, Azərbaycana qayıdıb.

Karantin qaydalarını pozan gənc intihara cəhd etdi

Bakıda intihara cəhd hadisəsi baş verib.  "Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.

Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.

İşğalçı Ermənistan ordusu atəşkəsi 50 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Karantini pozan 1 674 nəfər cərimələndiKoronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29 iyun 2020-ci il saat 00:00-dan 30 iyun 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 405 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə, 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Təbəssüm Məmmədovanı 17 gün içərisində itirdik

“Təbəssüm Məmmədova iyunun 8-də kritik vəziyyətdə xəstəxanaya daxil olub”.
Bu sözləri “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.

Həkim bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə gəlib:

“Xəstənin qarın boşluğu və ağciyərində ləkələr görünüb. Xəstə daha əvvəl başqa klinikalara müayinə olunsa da ,ona dəqiq diaqnoz qoyula bilməyib. Xəstə daxil olan kimi ondan biopsi götürülüb və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Bu barədə dərhal xəstə yaxınlarına ətraflı məlumat verilib”.

Daha sonra Altay Əliyev bildirib ki, bu, vəziyyətdə xəstənin sağalması 20 faiz mümkün olur:
“Xəstə yaxınları üçün bu çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”,- deyə o, qeyd edib.

Daha sonra Altay Əliyev bu xəbərlərin ictimaiyyətdə yanlış işıqlandırıldığını da qeyd edib.

“Təəssüf ki, xəstəlik və xəstəyə tətbiq edilən müalicə metodları ictimaiyyətə yanlış təqdim olunub. Bununla bağlı məsələyə media da həssas yanaşmalıdır",- deyə o, bildirib.

Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.

Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.

1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.

Azərbaycanda müəllim sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldı
Azərbaycanda müəllimə sosial şəbəkədəki paylaşımlarına görə töhmət verilib.

Oxu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Masallı rayonu, Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Abdinov Rabil Ramiz oğlundan gedir.

Paylaşımda qeyd olunub ki, həmin müəllimə sosial şəbəkələrdəki qeyri-etik paylaşımlarına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq olunub. Lakin şifahi xəbərdarlığa fikir verməyən müəllim sosial şəbəkədə mütəmadi olaraq, peşəsinə yaraşmayan ifadələrlə paylaşımlarını davam etdirib.

Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbinin direktoru Tahir Bağırov şifahi xəbərdarlıqlara məhəl qoymayan müəllimə töhmət verilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, Abdinov Rabil Ramiz oğluna “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci maddəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Müəllim isə mövcud vəziyyətə etiraz edərək bunu öz hesabında paylaşıb. O bildirib ki, heç kim ona şifahi xəbərdarlıq etməyib:

“İddia edilir ki, bu əmrin verilməsi üçün müvafiq sənədlər olub. Məktəbin direktoru mənimlə bir neçə ildir danışmır və heç vaxt da şifahi xəbərdarlıq etməyib. Mən bu töhmətdən bir nəticə çıxarmadım. Əksinə, mənim boynuma qoyulan təhqirləri davam etdirəcəyəm”