![]() |
![]() |
İndoneziyada son 3 həftə ərzində 7 382 nəfərdə denge qızdırması aşkar edilib.
Xarici KİV xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanvar ayında bəri qeydə alınan denge xəstəliyinin sayının ölkə daxilində 71 633-ə yüksəldiyini açıqlayıb.
Həmçinin də, nazir Vektorun açıqlamasına görə, ölkədə ən çox hadisənin müvafiq olaraq Qərbi Java, Bali, Şərqi Java, Şərqi Nusa Tenqqara və Lampunq bölgələrində görüldüyünü bildirib.
Denge səbəbiylə ölənlərin sayının 459 olduğunu ifadə edən nazir, ən çox itkinin Qərbi Java bölgəsində meydana gəldiyini qeyd edib. /Unikal.org/
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.
Unikal.org-un əldə etdiyi məlumata görə, subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün nazirliyin bır sıra əməkdaşları saxlanılıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakı Apellyasiya Məhkəməsində Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılıb.
Report xəbər verir ki, hakim İlqar Murğuzovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, şikayətlər təmin edilməyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Test nəticəmizin pozitiv olduğu deyildiyi üçün bir həftə ev şəraitində müalicə almışıq, sonradan bizə bildirildi ki, pozitiv yox, neqativdir”.
Bu sözləri “Qafqazinfo”ya müraciətində Yasamal sakini Sevinc Qəmbərova deyib. Bildirib ki, iyun ayının 19-da “Lor Hospital”da həyat yoldaşı və 5 yaşlı qızı ilə birlikdə COVİD-19 testi verib. Əvvəlcə onlara nəticələrinin pozitiv olduğu bildirilsə də, 12 gün sonra neqativ olduğu söylənilib:
“Özümüzdə koronavirusun simptomlarını müşahidə etdiyimiz üçün ailəvi olaraq test verdik. Daha sonra nəticəmizlə bağlı xəstəxana ilə əlaqə saxlayanda bildirildi ki, cavab pozitiv olduğundan mesaj göndərilmir və nəticələr e-təbib-ə yüklənəcək.
103-ə zəng vurduq və onlar da ev şəraitində qalmağımızı, nəfəs darlığı problemimiz olmadığı üçün xəstəxanaya aparılmayacağımızı söylədilər. Biz də ev şəraitində müalicə olunduq, vitamin C, D və hər ehtimal antibiotiklər qəbul etdik. Ərimə sistem vuruldu. 12 gün sonra yaxşılaşdığımız üçün adımızın e-təbib-də sistemdən silinməsi üçün yenidən müraciət etdik. Sistemdə həyat yoldaşımın adı çıxdı, bizim çıxmadı. Yenidən “Lor Hospital”la əlaqə saxladığımız zaman bizə qızımla mənim nəticələrimizin neqativ olduğu bildirildi. Ancaq başda deyilmişdi ki, cavab neqativ olduğu təqdirdə bizə SMS gələcək, pozitiv olduğu təqdirdə isə sistemə adımız əlavə olunacaq. Heç biri edilmədi”.
S. Qəmbərova xəstəxananın nəticələri TƏBİB-in sisteminə səhv təqdim etdiyi üçün, sonradan onların özünə də neqativ göstərildiyini iddia edir:
“Üçümüzə də cavabın pozitiv olduğu deyildiyindən biz bu müddət ərzində eyni evdə qalmışıq. Qızımda da, məndə də eyni simptomlar olub, ikimizin də hərarəti yüksək idi. Necə olur ki, yoldaşımda pozitiv, bizdə neqativ olur? Bir ana kimi övladım üçün mənəvi stress keçirmişəm. İndi deyirlər ki, virusa yoluxmayıb. Poliklinikadan da bizə bildirildi ki, haqqımızda onlara hər hansı məlumat verilməyib. Bu səbəbdən bizimlə maraqlanan olmayıb. 100 manat verib test etdirdik, nəticəsi də belə”.
Klinikanın icraçı direktoru Arif Cəbrayılov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məlumat yanlışdır və şikayətçi ilə qızının nəticələri TƏBİB-in bazasına neqativ olaraq yerləşdirilib:
“Neqativ olması ilə bağlı nəticələri hazırdır, gəlib götürə də bilər. Yanlış informasiyadır”.
Report xəbər verir ki, xəbər verir ki, bu barədə onun tanışları məlumat yayıb.
Qeyd edilir ki, onda virusa yoluxma bir neçə gün əvvəl baş verib. C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-nün koronavirusa yoluxduğu açıqlanıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar:
"Ancaq, təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.
Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.
Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib.
Belə olduqda polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq şəxsiyyətlərini müəyyən edib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".
Bunu "Report"a Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev deyib.
O bildirib ki, artıq sağalmaq üzrədir:
"Ancaq həkimlərin məsləhət və tövsiyələrinə uyğun olaraq iki həftə ev şəraitində karantində olacam".