Azərbaycan xakeri tərəfindən ermənilərə aid olan səhifələr sındırılıb.
Hit.az verdiyi xəbərə görə, sındırılmış səhifələr siyahısında erməni polisi, korrupsiya orqanı və xəbər səhifələri var.
Bütün məlumatlar açıq şəkildə dünyaya paylaşılıb.
Paylaşılmış məlumat burada yerləşir:
//pastebin.com/eTS9fYuS
Sındırılmış səhifələrin siyahısını təqdim edirik:
The official website of the police of the Republic of Armenia.
//www.police.am
Corruption Prevention Commission of the Armenia
//cpcarmenia.am/
Official website of the Municipality of Yerevan
//www.yerevan.am/
ArmInfo- News on Armenia and "Qarabağ"
//arminfo.info/
"SPYUR" INFORMATION SYSTEM • ARMENIA
//www.spyur.am/
Products from Armenia - Armenia Online
//www.armeniaonline.ru
News-ARMENIA Today
//www.armtoday.info/
Armenian News
//www.7or.am/
UN in Armenia
//www.un.am/
“Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar. Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan Müdafiə Nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırlayıb: “Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.
Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.
Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”.
Milli Məclisin binasına ziyan vuranların daha bir neçəsinin kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.
Həmin şəxslər də artıq saxlanılıblar. Onlar İlkin Mikayılov, Tural Quliyev, Pərviz Çobanov, Nicat Muradzadə, Əli Abşlı, Əfqan Rəsulovdur.
Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.
Müdafiə Nazirliyinin saytı məlumatına görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Şəki rayonunda yanğın hadisəsi olub.
FHN xəbər verir ki, hadisə Daşbulaq kəndində dağlıq ərazidə qeydə alınıb. Quru ot və kol-kos 150 ha sahədə yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən 17 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə orduya dəstək yürüşünün sonunda bəzi xoşagəlməz məqamlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bir qrup yürüş iştirakçısı Milli Məclisin birinci mərtəbəsinə toplaşıb və orada bir sıra dağıntılar törədib. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yaralananlar olub, polis avtomobillərinə ciddi zərər dəyib.
Həmin gecə ərazidə yaşananları kadra alan fotoqraf Famil Mahmudbəyli gördüklərini belə şərh edib: “Xalqımızın Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşündən sonra bir qrup təxribatçı bu yürüşün məramına və məqsədinə kölgə salmaqa çalışdılar. Onların qısa müddət ərzində törətdiyi fəsadları fotolarda da görə bilərsiniz. Yoxsa daha pis nəticələr ola bilərdi. Bunu orada olan və bütün hadisələri anbaan izləyən biri kimi əminliklə deyirəm”.
Fotoqrafın çəkdiyi kadrları təqdim edirik:
“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab olaraq bildirib.
“Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin” -, deyə o əlavə edib.
İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.
Şəmkirdə sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayon ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.
Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimliklər müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, profilaktiki söhbətlər aparılıb.
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ. Həsənov 20, H. Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.