Oxu.az xəbər verir ki, görüntülər “Hyatt Regency Baku” hotelində lentə alınıb.
Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.
Qeyd edək ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.
“Hyatt Regency Baku” hotelində çəkilən görüntüləri təqdim edirik:
Azərbaycanda bir necə gün öncə anasını koronavirusdan itirən tanınmış aparıcının atası da vəfat etdi.
Bakupos xəbər verir ki, bir neçə il öncə fəaliyyətini dayandıran ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVİD-19 testi ötən ay pozitiv nəticə vermişdi. Onların hər ikisi "Yeni Klinika"ya yerləşdirilmişdilər. Bu gün aparıcı atasının da virusdan dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, N.Əhmədovanın anası həkimlərin bütün səylərinə baxmayaraq bir həftə öncə vəfat edib.
Uzun müddət ANS PRESS portalının da baş redaktoru,eləcə də "Xəbərçi"nin aparıcısı olan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır.
Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikinə məxsus sexdə güclü yanğın başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb edilib. Yanğının hansı səbəbdən baş verməsi bilinmir.
Hadisə yerindən video-görüntüləri təqdim edirik:
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
***
FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" boya fabrikinə məxsus sexdə baş verib. Hadisə yerinə FHN-nin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.
"Azərsu" ASC-nin şöbə rəisinin ailəsində ağır itki üz verib.
ASC-nin müraciətlərlə iş şöbəsinin rəisi Heydər Abbasovun 2 qardaşı 1 gündə vəfat edib.
Belə ki, H.Abbasovun qardaşları Məhəmmədəli və Əli dünyasını dəyişib.
Bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı oxu.az-a bildirib ki, hadisə bir həftə ərzində baş verib:
“Qurumun müraciətlərlə iş şöbəsinin rəis müavini Heydər Abbasov bir həftə ərzində iki qardaşını itirib. Onlardan biri ürək tutmasından vəfat edib. Ağır itkidir, ailəsinə baş sağlığı veririk.
H.Abbasov dəfnlə əlaqədar rayondadır. Mərhumların hər ikisi Şəmkirin Çənlibel kəndində torpağa tapşırılıb”. ( metbuat.az)
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.
Ümumilikdə beş nəfər saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, hər biri 200 manat cərimə olunub. (apa.az)
İyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
İyulun 4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.
Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.