Avtosfer.az xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurpaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.
Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtomobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.
Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.
Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə və Yalama Polis Bölməsinə rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.
Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.
Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.
AFN xəbər verir ki, saxlanılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin qudası da var. S.Əlizadə həm də müğənni Safura Əlizadənin atasıdır.
DTX-nın açıqladığı məlumata görə, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadənin və nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
"Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub” – deyə məlumatda bildirilir.
Oxu24.com xəbər verir ki, bağlanan 4 bankın müştəriləri onların əmanətlərinin bu günə kimi verilmədiyini bildiriərək Mərkəzi Bankın qarşısında etiraz aksiysası keçiriblər. Onlar bildirib ki, pullarını müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər. 50-dək vətəndaş Mərkəzi Bankdan onların qəbul edilməsini tələb edib. Əraziyə polis əməkdaşları cəlb olunub. Onlar vətəndaşları karantin qaydalarının pozmamağa dəvət edib. Polis etiraz edən vətəndaşlarla nəzakətlə davranıb.<ins'>
Ətraflı vidoenu təqdim edirik:
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bununla bağlı DTX məlumat yayıb.
Bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.<ins'>
Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.
Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək, elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Karantin rejiminin pozulması həm də mədəniyyət məsələsidir, cəmiyyətə hörmətsizlikdir”.
Oxu.az verdiyi xəbərinə görə, bunu “Yeni TV”nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xüsusi karantin rejimində yas və toy mərasimi keçirən, hovuzlarda istirahət edən vətəndaşlarla bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycanda hüzür məclislərinin keçirilməsi ilə bağlı yaxşı ənənə var. Deputatın fikrincə, bu, o demək deyil ki, ağır bir məqamda çadır qurub, insanları ora dəvət edəsən.
“Sən yüzlərlə insanın xəstələnməsinə bais olursan. Sən o yası verirsən ki, gəlib ölünə rəhmət oxusunlar. Əgər bu rəhmət olmayacaqsa, əvəzində insanlar xəstəliyə tutulacaqsa, ölünün ruhu da dinc olmayacaq”, - deyə M.Quliyev əlavə edib.
Millət vəkilinin sözlərinə görə, qanun hər yerdə birincidir və vətəndaş ona riayət etməlidir:
“Telefonla, sosial şəbəkə vasitəsilə, qəzetdə də başsağlığı vermək olar. İnsanlar yasa toplaşmaqla, ehsan verməklə, nə Allahın ölüyə münasibəti dəyişəcək, nə də ölünün yeri yumşaq olacaq”.
M.Quliyev “Fairmont Bakı” hotelində karantin rejiminin pozulmasından da danışıb:
“Bu, bir tərəfdən ola bilsin ki, məsuliyyətsizlikdir. Digər tərəfdən isə qudurğunlaqdır. Bu, cəmiyyətə meydan oxumaqdır. Belə bir vaxtda sən gedib bayram edirsənsə, bu, nonsensdir. Burada bayram əhval-ruhiyyəsi yoxdur. Camaat koronavirusla ölüm-dirim mübarizəsi aparır. Deyirsən ki, mən gedib hovuzda dincəlməliyəm. Bu mənəviyyat məsələsidir, qınanmalıdır”.
Qeyd edək ki, iyunun 5-də “Fairmont Bakı” otelində xüsusi karantin rejimi qaydalarına əməl edilməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan videoda əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.