![]() |
![]() |
Rusiya iddia edir ki, Ukraynaya qarşı döyüşə göndərmək üçün Yaxın Şərqdən 16 minə yaxın könüllü toplayıb. Onların əksəriyyəti suriyalıdır.
Oğuzda 49 yaşlı kişi özündən 3 yaş kiçik olan qardaşını öldürüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, aprelin 1-də gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.
Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın arxa pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığı və içəriyə daxil olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstintaq zamanı mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini İlham Zeynalabdıyev müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Zərdab rayonunda 72 yaşlı kişi intihar edib.