Son xəbərlər

 

Qəbələdə 17 yaşlı tanışı tərəfindən öldürülən Araz B.-nin (ad şərtidir) qətlinin təfərrüatı məlum olub.

 

Milli.Az kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə 2021-ci ilin oktyabrında qeydə alınıb. Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Murad E. (ad şərtidir) 34 yaşlı Arazı xüsusi amansızlıqla qətlə yetirib.

Araşdırmalarla məlum olub ki, Araz Muradın bacısı ilə evlənmək istəyirmiş. Lakin qızın valideynləri bu nikaha razılıq verməyiblər. Elçilik əsnasında qızın qardaşı ilə Arazın münasibəti yaranıb və onlar görüşməyə başlayıblar. Belə ki, Arazın cinsi orientasiyası fərqli imiş və 17 yaşlı oğlan da əvvəlcədən bunu bildiyi üçün onun istəyinə uyğun olaraq bir neçə dəfə görüşüblər.

Daha sonra onların münasibəti pozulub. Araz Muradı şantaj etməyə başlayıb. Murad isə işlədiyi şadlıq sarayından götürdüyü bıçaqla rayonun Tikanlı kəndindəki köhnə tikilidə onunla görüşüb. Danışdıqları yerə gələn zaman Murad Arazın başından daşla vurub. Daha sonra xüsusi amansızlıqla onun şah damarını, sol qulağını kəsib və hadisə yerindən uzaqlaşıb.

Məhkəmədə dindirilən zaman Murad E. öldürdüyü şəxsi 2019-cu ildən tanıdığını və hərdənbir kafedə birgə içki içdiklərini deyib:

"Bir dəfə görüşüb kənddə gəzirdik. Pivə içdik, mən yuxuya getdim və ayılanda lüt olduğumu gördüm. Araz mənə şəkillərimi çəkdiyini dedi. Onda bacımın da şəkilləri var idi. Fotoları silməsi üçün pul təklif etdim. Amma qəbul etmədi. Evdə onunla təmasım olduğunun bilinməməsi üçün adını telefonda "Ürəyim" kimi qeyd etmişdim. Bir dəfə Araz gecə saat 2-də mənə zəng edib, "əgər bacını mənə gətirməsən, özümü asacağam" dedi. Onun hərəkətləri barədə atasına irad bildirdik. Lakin o, yenə məni bu söhbəti həll etməyə çağırdı. Həmin vaxt boğazımdan tutub məni cinsi əlaqəyə məcbur etmək istədi. Bu zaman yerdən daş götürüb başından vurdum. Daha sonra baş və kürək nahiyəsindən bıçaqladım. Təxminən 20-25 zərbə vurduqdan sonra öldüyündən əmin olmaq üçün boğazının sol tərəfindən şah damarını kəsdim. Xırıldamağa başlayanda qulağının yarısını kəsdim və oradan uzaqlaşdım".

Məhkəmədə şahid qismində dindirilmiş mərhumun anası oğlunun əqli qüsurlu olduğunu bildirib: "Oğlum həmin qızı sevdiyinə görə onlara elçiliyə getmişdik. Ancaq atası qızı ilə Arazın yaş fərqi çox olduğunu əsas gətirərək buna razılıq vermədi. Oğlum qızın qardaşı ilə münasibət qurmuşdu. O, bir neçə dəfə bacısının şəkillərini oğluma göndərərək 100 manat müqabilində ərə veriləcəyini deyirdi. Oktyabrın 10-da Araz zənglərimizi açmadı. Hadisədən iki gün sonra oğlumun Murad tərəfindən qətlə yetirildiyi məlum oldu".

Qeyd edək ki, cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Murad E. ​Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə mühakimə olunub. Məhkəmə onun yetkinlik yaşına çatmadığını nəzərə alaraq nisbətən aşağı həddə cəza təyin edib. Hökmə əsasən, Murad E. 10 il müddətinə azadlıqdan məhrum edilib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü