![]() |
![]() |
Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb, onlardan biri qadındır.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Arzu Həsənova və Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə heroin və tiryək, eləcə də ümumilikdə 39 ədəd güclü təsiredici xüsusiyyətə malik həblər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Gəncədə cibgirlik edən qardaşlar saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılıb.
Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülüb.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, küçədə digər bir qadının cibindən mobil telefonunu, həmçinin bir evin həyətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.
Araşdırma aparılır.
Xaçmaz şəhərində avtomobil yanıb.
Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.
Bu barədə Axar.az-a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, mavi yanacaq təchizatı müvəqqəti olaraq dayandırılıb.
Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.
Qax rayon sakini, 1996-cı il təvəllüdlü Ülvi Cavid oğlu Mürüdov Bakıda itkin düşüb.
Axar.az Report-a istinadən xəbər verir ki, uzun müddətdir Bakı şəhərində işləyən 26 yaşlı Ü.Mürüdovdan artıq bir neçə gündür xəbər yoxdur. Yaxınlarının sözlərinə görə, Ü.Mürüdov dörd gün öncə Yasamal rayonunda kuryer kimi işlədiyi restorandan çıxıb, həmin gündən onu görən olmayıb.
Ü.Mürüdovu görənlərdən, yaxud onun barəsində məlumatı olanlardan 070-537-84-52 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Türkiyədə "Rafiq Masallınski" ləqəbli qanuni oğru Rafiq Yavər oğlu Eyvazov güllələnib.
Axar.az Unikal.org-a istinadən xəbər verir ki, Rafiq Masallınski Türkiyənin Mersin şəhərində yaşadığı evin girişində vurulub.
Dörd güllə yarası alan qanuni oğru Mersin şəhər Xəstəxanasına yerləşdirilib.