Xaçmaz şəhərində avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə N.Ələsgərov küçəsində qeydə alınıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.