![]() |
![]() |
Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Elşən Əlvida oğlu Aslanov və 1991-ci il təvəllüdlü Günay İlqar qızı Orucova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakının Xəzər rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda 70 yaşlı kişini avtomobil vurub.
Gəncədə qətl hadisəsi baş verib.
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə Ağdam rayonunun Sarıcalı kəndində baş verib.
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qazaxda bədbəxt hadisə baş verib.