Kiyev metrosunda silahlı şəxs tutulub.
Axar.az xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.
Bildirilib ki, metro stansiyasına keçmək istəyən şəxsin sənədlərini və əşyalarını yoxlayan zaman onun üzərindən sursat və patronlar çıxıb.
“Şübhəli şəxsin idman çantasından F-1 qumbarası və 76 ədəd avtomat patronu çıxıb. Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs 1997-ci il təvəllüdlü Jitomir sakinidir”, - məlumatda qeyd olunub.