Son xəbərlər

 

Düşmənə vətən müharibəsinin qələbə  mesajı  hələ 4 il öncə verilmişdi.

2016-ci il aprel döyüşlərindən sonra Ermənistan həqiqi həyəcanı yaşayaraq, məğlubiyyətin qaçılmaz olduğunu artıq  dərk etmişdi. O 4 günü Azərbaycanın  hərb tarixinə yazdıran oğullar  öz güc, qüvvət, ən əsası isə niyyətini qarşı tərəfə agah edərək, səbrin tükəndiyini bildirdi.  Həmin igidlərdən biri barəsində- Xüsusi Təyinatlı Qüvvələrimizin giziri Pəncəli Teymurovdan danışacağıq indi. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Pəncəli Teymurovun həyatının ən xoş anında belə bir istəyi əslində xoşbəxtliyin daha alisinə ünvanlanmışdı. Çoxları həyatda ölümün pəncəsindən qurtulmamaq qorxusu yaşadığı halda, başqa bir Pəncəli vardı. Şəhadət arzusu ilə hər zaman ölümün yaxasında, hər an düşmənin başının üzərində olan Pəncəli. 

Xüsusi Təyinatlı qüvvələrin giziri Pəncəli Teymurov düşmənin qorxulu yuxusuna çevirilmişdi. "Qoca qurd" ləqəbli qəhərmanımız Aprel döyüşlərinə qədər də  qarşı tərəfə bir neçə dəfə sarsıdıcı zərbə endirmişdi. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli Teymurov 4 erməni zabiti və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv edib. Pəncəli Teymurov bu şücaətinə görə Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilib. O, aprel aprel döyüşlərində də vəzifəsinin  öhdəsindən layiqincə gəlib. Pəncəli döyüş yoldaşları ilə birlikdə talış yüksəkliyinin azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərib.Pəncəli Teymurov qarşı tərəfin bir neçə hərbi teznikasını və canlı qüvvəsini darmadağın edərək onların döyüş əzmini qırıb.

Şəhidimiz anası Vahimə Ağayeva deyir ki, Pəncəli həyətlərindəki boş torpaq sahəsində özünə ev tikdirmək istəyirmiş. Pəncəli Teymurovun bu arzusunu onun yaxınları doğulduğu Astaranın Əzərüd kəndində reallaşdırıb. Gizir Pəncəli Teymurovun xatirəsini əbədiləşdirmək üçün şəhidin şəxsi əşyaları qorunan ev muzeyi yaradılıb. Şəhidimizin adına tikilən muzeydə qəhrəmanımızın şəxsi avtomobili də saxlanır.Vahimə Ağayeva bildirir ki, muzeydəki əşyalar bura gələnlərdə vətənpərvərlik hisslərini daha da gücləndirir.

Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi. Qardaşı Famil Teymurov Pəncəlinin aprel döyüşlərində düşməndən artıqlaması ilə intiqam aldığını deyir.

Pəncəli Teymurov ölümündən sonra  "Vətən uğrunda" medalına da layiq görülüb.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü