![]() |
![]() |
Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.
"Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü - dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlıların Həmrəylik Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki komissarın burada olması faktı buna dəlalət edir. Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də ona minnətdarlığımı bildirirəm. Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm - Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq", - Prezident vurğulayıb.
Ümidvaram ki, 2020-ci ildə Vətən Müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq.
Biz hər növ enerji mənbələri ixrac edirik. Biz ölkə daxilində olan və bizi bütün qonşularımızla birləşdirən elektrik xətlərini şaxələndirmişik.
Bu gün sizlərə 44 günlük müharibədə döyüşən bir igidimiz haqqında söhbət açmaq istəyirəm. Bu igid heç vaxt Laçını görməyən, Laçın həsrəti ilə böyüyən əslən Laçın rayonunun Bozlu kəndindən olan Həsənov Pərviz Şahlar ogludur.
O, 1997-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Həsənov Şaxlar Abşeron rayon, Masazır qəsəbəsində İcra nümayəndəsi vəzifəsində çalışır. Anası Lalə Həsənova müəlimədir. Bacısı Ayşən xanım isə Azərbaycan Dillər Universitetində İngilis dili müəlliməsi, qardaşı Təbriz isə Polis Akademiyasını bitirb. Hal-hazırda hüquq mühafizə sahəsində çalışır.
Pərviz Abşeron rayonunun, Masazır qəsəbəsində yerləşən Laçın rayon 15 saylı orta məktəbi bitirib. O, öz təlim-tərbiyəsi ilə həmişə müəllimlərinin nümunəvi şagirdi olub. 2019-cu ildə İdman Akademiyasını bitirib, elə həmin ilin oktyabr ayında da hərbi xidmətə çağrılıb. Gəncə şəhər N saylı hərbi hissədə vətənə olan borcunu layiqincə yerinə yetirib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış müharibə başladı. Pərviz də döyüş yoldaşları kimi yüksək əhval-ruhiyyə ilə əvvəl Fizuli rayonunun erməni işğalçılarından azad olunması uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edib. Sonra Cəbrayıl rayonunda şiddətli döyüş yolu keçən igidimiz baş atıcı olub.
Oktyabrın 17-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə hücum zamanı minamyot qəlpələrilə qolundan və bel nahiyyəsindən yaralanıb. Döyüşçülərə gətirilən dəbilqələrin (kaskaların) sayının biri eksik olduğundan və Pərviz hərbi yoldaşlarını daha çox düşündüyündən özü kaskasiz döyüşməli olur. Pərviz yaralı olmasına baxmayaraq bir ayağını itirən döyüş yoldaşını təhlükəli zonadan çıxararaq ölümdən qurtarıb. Pərviz 18 gün hospitalda müalicə olunur və yaralandığını öz valideynlərinə də bildirmir. Sağaldıqdan sonra Laçının alınması uğrunda gedən döyüşlərə qatılaraq rayonun Güləbird və Səfiyan kəndlərinin azad olunmasında qəhrəmancasına vuruşub. Pərviz ata yurdundan, əzəmətli dağlardan yığdığı kəklikotunu, itburnunu buşlatının döş cibində, ürəyinin üstündə gətirdiyi bir ovuc vətən torpağını otuz il Vətən həsrətində olan laçınlılara ərmağan edib.
Ümumilli liderimizin ləyaqətli davamçısı, Ali Baş Komandan, Cənab İlham Əliyevin sərəncamı ilə Həsənov Pərviz Şahlar oğlu Cəbrayılın azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı və Hərbi Xidmətlərinə görə medallarla ilə təltif olunub.
Öz ata-baba yurdunu yağı taodağından azad edən Pərviz Həsənov başda olmaqla bütün döyüşçü dostlarına can sağlığı və uğurlar arzulayırıq.
Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.
Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər.
Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib.
"Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik", - Prezident vurğulayıb.
O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq.
Şuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?
Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
“Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?”, – deyə dövlət başçısı bildirib.