![]() |
![]() |
İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər
Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirir. Dövlətinin, xalqının gələcəyini düşünən Liderin dövlətçilik təcrübəsi, siyasi iradəsi inkişaf strategiyasının prioritetlərinin düzgün müəyyənləşdirilməsinə, ən çətin məqamlarda düzgün yol seçməsinə, ölkəsinə daim qələbələr qazandırmasına yol açır. Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daim inkişaf strategiyası həyata keçirilir.
Dövlət başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişaf etdirilməsini təmin etdi. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də iki ildir dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi vaxtlarda belə heç bir sosial layihə təxirə salınmadı, iqtisadi islahatlar daha da dərinləşdirildi.
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələri regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində işlər aparıldı. Təkcə onu deyə bilərik ki, qısa mütdətdə ölkə daxilində enerji sahəsi üzrə ciddi addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu.
Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. İlin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək.
11 fevral 2022-ci ildə ölkə rəhbərimizin də açılışında iştirak etdiyi “Qobu” Enerji Qovşağı ölkədə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir. “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir.
Açılış zamanı ölkəmizin lideri gələcəkdəki planlara diqqət çəkmiş və bu fikirləri söyləmişdir: “Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik”.
Bugünkü Azərbaycan təkcə öz iqtisadiyyatını inkişaf etdirən deyil, həm də digər ölkələrə aktiv şəkildə investisiya yerləşdirən ölkədir. Ölkə uğurlu iqtisadi inkişafını Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşdıran sosial-iqtisadi inkişaf modelinə borcludur.
Emin Məlikov,
Salyan rayon Parça Xələc kənd tam orta məktəbin direktor əvəzi
Ölkənin iqdisadi və sənaye potensialı dayanmadan artır
Azərbaycanın günü-gündən artmaqda olan iqtisadi gücü bilavasitə onun sürətli inkişafı üçün şərait yaradır. Neft-qaz siyasətinin düzgün və ardıcıl olaraq həyata keçirilməsi ölkəmizin artıq dünya dövlətləri tərəfindən diqqət mərkəzində saxlanılımasına səbəb olur. Belə ki, ilk növbədə, qonşu dövlətlərlə neft-qaz sahəsində olan əməkdaşlığımız son illərdə ən yüksək səviyyəyə gəlib çatmışdır. Dövlət Neft Şirkətinin qonşu ölkələrdə həyata keçirdiyi layihələr və neft və qazın ixracı ilə bağlı imzaladığı müqavilələr ölkəmizin sürətli inkişafından və enerji sahəsində əldə olunan uğurlardan xəbər verir. Əlbəttə, belə bir halın mövcud olması, ilk növbədə, ölkəmizin iqtisadi cəhətdən inkişafını təmin edir, əhalinin maddi-məişət rifahının yüksəlməsinə səbəb olur. Bunlar hər bir dövlətin güclü olması üçün mühüm şərtdir. Daxili potensialı yüksəlməklə xarici siyasətdə və beynəlxalq aləmdə dövlətin mövqeyi möhkəmlənir. Azərbaycan Respublikası da yeritdiyi uğurlu iqtisadi siyasət nəticəsində öz mövqeyini istər yerləşdiyi regionda, istərsə də beynəlxalq arenada möhkəmləndirir və digər dövlətləri özü ilə hesablaşmağa vadar edir. Burada ölkə rəhbərliyinin, xüsusilə, Prezident İlham Əliyevin seçdiyi düzgün siyasi xətti xüsusilə qeyd etmək lazımdır.
Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanda həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırır və sosial problemlərin həllini sürətləndirir.
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 20,7% artıb. Ümumilikdə, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, həm özlüyündə, həm də xüsusilə müharibədən çıxmış ölkə üçün çöx gözəl göstəricidir.
Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz, ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdəndir və real iqtisadi və sənaye artımı məhz bu rəqəmlərdə özünü göstərir. Ötən il böyük xərclərə baxmayaraq, ölkəmizin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilib. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Qeyri-neft ixracımız da 40 faizdən çox artıb. Bu amil Azərbaycana valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etməyə şərait yaradır. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir.
Bütün bunlar onu deməyə əsas verir ki, cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq və beləliklə büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Hazırda Azərbaycanda müharibədən təzə çıxmış ölkə üçün çox gözəl iqtisadi mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarımızda investisiya layihələri icra ediləcək, həm də ölkəmizdə digər islahatlar davam etdiriləcək.
Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi
Ötən həftə bu məzmunda məqalə ilə çıxış etdik və böyük rezonansa səbəb oldu. Belə ki, redaksiyaya hər gün neçə-neçə şikayətçi gəlir. Hərənin bir qucaq dərdi və problemi var… Onları dinləyirik, probleminin həllinə çarə axtarırıq… Əgər şikayət ciddidirsə, yerində araşdırırıq, aidiyyəti dövlət qurumlarına sorğu veririk, cavab alırıq, günlərlə vaxt itiririk… Hətta dəfələrlə olub ki, şikayət hansısa rayonla bağlı olub, əməkdaşımız Lerikə, Qubaya, Naxçıvana, Ağdama, Gəncəyə, Qazaxa, Ağsuya, Göyçaya, İsmayıllıya, Şəkiyə… gedəsi olub. Bəli, xüsusən də son bir-iki ildir hiss edirik ki, hətta problemini məhkəmədə mübahisələndirən vətəndaş-sahibkar, iş adamı və s. də paralel olaraq, yaxud sonda-əli hər yerdən üzüləndə mətbuata üz tutub. Və araşdırıb məqalə dərc edəndən sonra isə dəfələrlə olub ki, qarşı tərəf əsəbləşib bizi məhkəməyə verib, ya da Mətbuat Şurasına şikayət edib… Belə araşdırmalarda qazancımız bu olub ki, məhkəmə cəriməsi ödəmişik, yaxud Mətbuat Şurasının qanunsuz və əsassız «qara siyahı»sına tuş gəlmiş, əsəblərimiz tarıma çəkilmişdir və s.
Sözümün mənası var: …Respublikanın tanınmış nazirlərindən birinin bank və keçmiş MTN qalmaqallarına aid müsahibəsini dərc edəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə çağrılmışam, izahatlar vermişəm, sonra həmin epizod üzrə bir neçə dəfə məhkəmələrdə şahid qismində iştirak etmişəm və s. İki gün əvvəl isə bir professor gəlmişdi. SOCAR-da uzun illər vəzifə tutub, pul qazanıb… Halal xoşu olsun. Məlum oldu ki, evində işlətdiyi xadimə «saqqızını oğurlayaraq» 5 otaqlı mənzilini banka girov qoydurub və 60 min manat pul götürüb… İndi «Parabank» evi əlindən alıb, kişi düşüb məhkəmələrə. Məhkəmələrimizdə ki, Mətbuat Şuramız kimidir, kimin adamı babatdırsa, haqq onun tərəfində olur… Professor məndən xahiş etdi ki, «…5-10 jurnalist gəlsin məhkəməyə, apellyasiya şikayətinə baxılır. Hazırlıq iclasıdır, amma hakim İlham Kərimlinin qırımından gözüm su içmir…». Dedim, 4-5 jurnalist bəs edər. Dedi ki, jurnalistlər bütün günü mənimlə olsun, müsahibəmi alsınlar, məqalə yazsınlar, sosial şəbəkələrdə yayımlasınlar və s. Beləliklə, 4 jurnalistlə (məni də adını demədiyi bir professorun təklif etdiyini bildirdi, dirəşdi) mən, professoru tək qoymadıq. Hakim isə jurnalist adı gələndə havalandı, qısası, axırda elə oldu ki, hakim bizim iştirakımız olmasın deyə, iclası keçirmədi və fevralın 15-nə təyin etdi. Bu gün növbəti prosesə yenə də vaxtımızı itirib qatıldıq. Amma... Professor gördü ki, onun YouTube-dəki, fb-dəki, saytlardakı və s. müsahibələri dünyaya yayılıb, jurnalistikamızın gücünün belə olacağını təsəvvür etməyini etirafladı. «Mən indiyədək 3 məhkəmə keçmişəm, vəkilin birinə 2 min, o birinə 4 min, birinə də 6 min manat vermişəm, hamısı satılıb, iş görmədilər… Sizin gücünüzü bilməyən insafsızdır…» və s. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qarşısında soyuqda 4 saat dayanmış, müsahibələr almış jurnalistlərin hamısı, o cümlədən mən də, xəstələndik… Hərəmiz aptekdən 30-40 manatlıq dava-dərman alıb özümüzü xilas etməklə məşğul olduq... Professor isə həmin gün də, bu gün də kefi kök getdi növbəti məhkəmə iclasına.
***
…Sözüm həmkarlarımadır: baxçaya yollanan uşaq da bilir ki, TV-lərimiz müğənnilərə pullu xidmət göstərir… Pullu xidmət həkimə olar, hakimə olar, repetitora olar, vəkilə olar, ASAN Xidmətə olar, dil öyrədənə olar, dərziyə olar, dəlləyə olar, amma jurnalistə olmaz! Niyə olmaz? Ona görə olmaz ki, Prezidentin vaxtilə informasiya siyasətini nizamlayan Əli Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası uzun illər ağızını açıb onların dediyini deməyəni «reket» adlandırdı, «qara siyahı»ya saldı. Və cəmiyyətin gözündə Sovetdənqalma və xalqa təmənnasız, pulsuz xidmət göstərəcək mətbuat imci yaratmağa çalışdılar. Özləri isə… Cəmiyyət də jurnalistə hambal, qul, pulsuz xidmət göstərən mağmın, zavallı… gözü ilə baxmağa başladı. Və indi də elə baxır.
Sual edirəm: əgər medianın- qəzetin, saytın Nizamnaməsi, VÖEN-i, Əsasnaməsi varsa, niyə də pullu xidmət göstərməsin? Məsələn, min nüsxə çıxan qəzetin bir nömrəsinin təkcə istehsalat xərci 300-500 manata başa gəlir. Bura jurnalistin maaşı, icarə, internet, telefon və s. daxil deyil. Medianın İnkişafı Ağentliyi 5-6 gündəlik qəzetə 15 min, 10-a yaxın həftəlik qəzetə isə 5 min manat yardım verir. Bəs qalan qəzet və ya yardım almayan saytlar?
Təklifim: redaksiyaya müraciət edən və hüquqlarını media platformasında müdafiə etdirmək istəyən şəxslə əməkdaşlıq müqaviləsi bağlanılsın, şərtlər müəyyən edilsin, həmin şəxs göstəriləcək informasiya dəstəyi xidməti əvəzində ödəniş etsin. Həmin məbləğ redaksiyanın hesablaşma hesabına ödənilsin, vergisi verilsin və s. Yaxud, kimsə şeir, poema və ya reklam xarakterli müsahibə, yazı və s. çap etdirmək istəyirsə, eyni qayda tətbiq edilsin. Misal üçün, «Təzadlar»a hər gün ayrı-ayrı dövlət qurumlarından, deputatlardan, ictimai təşkilatlardan, QHT-lərdən fəaliyyətləri barədə məlumatlar daxil olur. Nazirlər Kabineti, Heydər Əliyev Fondu, DİN, Baş prokurorluq, DTX istisna olmaqla, niyə yuxarıda göstərilən subyektlərlə əməkdaşlıq müqaviləsi bağlayıb pullu xidmət göstərməyək?! Vəkil məhkəmə zalında müştərisinin hüququnu qoruyur (hakim isə öz bildiyini edir), qəzet və sayt isə müştərinin hüquqlarını bütün dünyada yayımlayır, ölkə Prezidentinə, Azərbaycan və dünya ictimaiyyətinə çatdırır. Niyə məhz jurnalistin-medianın xidməti heçə alınmalıdır???
***
Beləliklə, çoxsaylı jurnalist həmkarlarımız tərəfindən dəstəklənən bu ideyanı reallaşdırararaq "Təzadlar" ilkə imza atmaq niyyətindədir. Hüquqşünaslardan və həmkarlarımızdan xahişimiz budur, bu layihə kimi təqdim edilən "Əməkdaşlıq müqaviləsi"nə dair əlavələri varsa, təkliflərini bildirsinlər.
Prezident İlham Əliyev "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.
Axar.az xəbər verir ki, fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Sənədlə Nazirlər Kabinetinə himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın 1-dək Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin etmək tapşırılıb.
Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərməlidirlər.
Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib.
Axar.az Prezident İlham Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
15:32
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73, № 12, maddə 1109; 2006, № 7, maddə 590, № 9, maddə 736; 2007, № 3, maddə 219, № 12, maddə 1244; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298, № 7, maddə 610; 2011, № 9, maddə 789, № 11, maddə 1011; 2014, № 2, maddə 119, № 12, maddələr 1582, 1584; 2016, № 2 (II kitab), maddə 268, № 3, maddə 472; 2017, № 10, maddə 1780; 2018, № 7 (I kitab), maddə 1453; 2019, № 5, maddə 847; 2021, № 5, maddə 441; 2021, № 8, maddə 913) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “14 (on dörd)” sözləri “15 (on beş)” sözləri ilə əvəz edilsin və həmin bəndə “birinci vitse-prezidentindən” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamından (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62) “Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılsın
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:
“Tərəqqi” medalı ilə
İsgəndərov Xaliq Fəxrəddin oğlu
İsgəndərov Xəqani Qara oğlu
Məmmədov Ələkbər Comərd oğlu
1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”
medalı ilə
Bəşirov Cəmşid Fərman oğlu
Əliyeva Esmira Adil qızı
Əsgərov Elşad Novruz oğlu
Həsənov İlkin Qvami oğlu
Kərimov Faiq Ramiz oğlu
Məmmədov Hafis İlyas oğlu
Muradova Validə Əliağa qızı
Mustafayeva Ramilə Şahməmməd qızı
Namazov Rauf Cümşüd oğlu
Rəhimova Nahidə Həsən qızı
Süleymanov İlqar Nəsib oğlu
Şükürov Niyaz Məmmədxan oğlu
2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”
medalı ilə
Ələkbərov Riyad Əli oğlu
3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”
medalı ilə
Balayev Orxan Arif oğlu
Məmmədzadə Zeynalabdin Yunsur oğlu.