Prezident İlham Əliyev "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilsinlər.

2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:

3.1.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;

3.1.2. əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


AMEA ətrafında gedən müzakirələr daha da qızışmaqdadır. Əksəriyyət artıq bu strukturun ləğv olunmasını və quruma aid institutların universitetlərə verilməsini təklif edir.
 
Sfera.az xəbər verir ki, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov AMEA-nın ləğv olunaraq əvəzində yeni bir strukturun yaranması təklifini irəli sürüb:
 
"Sosial şəbəkədə mən də bu məsələyə münasibət bildirmişəm və statusum xeyli müzakirələrə səbəb olub. Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi Sovet birliyinin yaratdığı bir struktur idi və biz hazırda bunu heç bir normal inkişaf etmiş ölkədə görə bilmirik. Ola bilər ki, hansısa ölkədə QHT formatında var, amma qeyd etdiyim kimi, üst qurum deyil. Yəni dünyanın heç bir yerində belə bir qurum yoxdur. Eyni zamanda keçmiş Sovet ölkələrinin əksəriyyəti bu sistemdən istefa verib. Onlardan Moldovanı, Baltikyanı ölkələri, Ukraynanı göstərmək olar. Gürcüstanda olsa belə, QHT səviyyəsindədir. Beləliklə, bu qurum yalnız Rusiyada və Azərbaycanda qalır. Bu struktur elmin inkişafına töhfə verməkdənsə, deyərdim ki, AMEA-nın ətrafında elmin inkişafının qarşısını almaq üçün inzibati amillik sistemini formalaşdırıblar”.
 
Arzuman Abdulkərimov qeyd edib ki, son dövrlərdə AMEA ətrafında gedən söz-söhbətlər, orada olan ziddiyətli fikirlər bu sistemin artıq zamanın tələblərinə cavab vermədiyinə əsas verir:
 
"Nazirlik sisteminin özü daha çevik bir sistemdir, onun daha tez çalışan strukturları var. Bu baxımdan düşünürəm ki, AMEA ləğv edilməli və bütün strukturları Təhsil Nazirliyinə birləşdirərək, yeni bir struktur - "Elm və Təhsil” nazirliyi yaradılmalı və bütün proseslər onun nəzarətinə verilməlidir. Düşünürəm ki, bu, ümumi işin xeyrinə olacaq. Məlum məsələdir ki, hansısa elmi iş yazmaq istəyən bir ziyalı, alim mütləq şəkildə xarici ölkələrdə məqaləsini çap etdirməli, konfranslarda iştirak etməli, reytinqli jurnallarda məqalələri olmalıdır. Amma şəxsi müşahidələrimdən deyə bilərəm ki, bu günə qədər bir dəfə də olsun hansısa alimin bu məsələlərdə AMEA-nın hansısa dəstəyini aldığını görməmişəm. Yəni alimlər öz xərcləri hesabına xarici səfərlərə gedir, xarici reytinqli jurnallarda öz məqalələrini dərc etdirirlər. Yəni AMEA tərəfindən bu məsələlər üçün ayrılmış büdcədən onlara heç bir dəstək olmur.
 
Məlum olduğu kimi, hər il AMEA elmin inkişafı adı altında dövlət fondundan, eləcə də müxtəlif fondlardan milyonlarla manat vəsait alır. Lakin bu vəsaitlər indiki vəziyyətdə necə xərclənir, şəffaflıq necədir, bütün bunlar sual altındadır. Bu baxımdan əgər struktur "Elm və Təhsil” nazirliyinin tərkibində olsa orada büdcənin xərclənməsinə də ciddi nəzarət olunacaq. Hesab edirəm ki, bununla da analoji olaraq AMEA-da çalışan işçi heyəti qurumun işçiləri hesab olunacaq və onların da maddi rifah halının yaxşılaşdırılması, maaşlarının yüksək olunması yönündə işlər görüləcək”.
 


Tovuzlu sahibkar: “Buğda sahələrini suvarmaq üçün pulmu verməliyik...” - Elektrik şəbəkədən şikayət - FOTO

“Tovuz rayon Suvarma Sistemləri İdarəsi”nin rəisinin “Azərişıq” ASC-nin Tovuz Elektrik Şəbəkəsinin rəisi Anar Məmmədova 02.02.2022-ci il tarixində göndərdiyi 3-31 saylı məktubundan irəli gələn iş yerinə yetirilmir”.

Bu sözlər Tovuz rayon Dondarquşçu kənd sakini Həzi Vəliyev tərəfindən Faktinfo.az saytına göndərilən məktubda yer alıb. Şikayətçi sayta göndərdiyi məktubunda qeyd edir ki, hüquq-mühafizə orqanlarına da şikayət ünvanlayacaq. Buna səbəb Dondarquşçu kəndində yerləşən 03/104 saylı subartezian quyusunun güc transformatorunda yaranan problemin aradan qaldırılmamasıdır. 

 

Şikayətçinin yazdıqlarından: “Qeyd etdiyim subartezian quyusunun transformatoru təmir edilmədiyindən mən və digər sahibkarlar əkdiyimiz buğdanın suvarılmasını həyata keçirə bilmirik. Tovuz SSİ tərəfindən göndərilən məktuba və mənim müraciətlərimə məhəl qoyulmur. İndi mən neyləməliyəm, pulumu verməliyəm ki, transformator təmir edilsin, suvarma suyundan məhrum olmayım?”.

 

Həzi Vəliyev onu da qeyd edir ki, bir neçə günə ölkə prezidentinə, aidiyyatı qurumlara teleqramlar vurmaq məcburiyyətindədir. O, bunu onunla əsaslandırır ki, əvvəllər işlək vəziyyətində olan transformator məqsədli şəkildə işlək vəziyyətə salınmır. Belə ki, ərazidə “İpək Yolu” inşa olunduğundan, transformator 100 metr kənara köçürüldü. Ərazidə yol tikintisini aparan “Polat Yol Şirkəti”nin vəsaiti hesabına alınmış avadanlıqlar istənilən səviyyədə Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən transformatora qurraşdırılmadı. Bu səbəbdən də bu gün Dondarquşçu kəndində yerləşən 03/104 saylı subartezian quyusunu elektrik enerjisi ilə təmin etməli transformator işləmir. Qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, idarəyə olunan zənglərə cavab verilmədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev layihənin tamamlanması ilə bağlı danışarkən bildirmişdir ki, milli səviyyədə koordinasiya bizə XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi”ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, bu uğurun qazanılmasında enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmuşdur. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. “Cənub qaz dəhlizi” layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı.

 

“Cənub qaz dəhlizi”nin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Bəlkə də bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.

Tarixə nəzər salaq: 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat imzalandı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixdə Bakıda “Cənub qaz dəhlizi”nin, 12 iyun tarixdə isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP vasitəsilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr  2019-cu ildə  TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 31 dekabr 2020-ci ildə isə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.

“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji dəhlizi onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin  toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq etdi.

Bir ildən də çoxdur ki, Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çıxarılır. Bu səbəbdən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı artıq fərqli məzmunda keçirilir. Belə ki, hər il Bakıda toplaşarkən məşvərət şurasının iştirakçıları əsasən görülən işləri nəzərdən keçirir və “Cənub qaz dəhlizi” layihəsinin tamamlanması istiqamətində gələcək vəzifələri müzakirə edirdilər. Lakin məşvərət şurası çərçivəsində nazirlərin VIII toplantısında “Cənub qaz dəhlizi”nin yeni bazarlara, o cümlədən Balkan ölkələrinə, cənub-şərq ölkələrinə yönəlməsi, o cümlədən bərpaolunan enerjiyə keçidlə bağlı məsələlər müzakirə olundu.

2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir.

 


Prezident İlham Əliyevin rəhbərliyi ilə 4 fevral 2022-ci il tarixində Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilmişdir. Toplantıda Prezident İlham Əliyev çıxış etmiş və Cənub Qaz Dəhlizi layihəsinin müstəsna əhəmiyyətindən danışmışdır.

Ümumiyyətlə, son 18 ildə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada enerji və kommunikasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. 

Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. Bu formatın Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır. Prezident İlham Əliyevin  toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb.

XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan və 3500 km uzunluğu olan bu layihənin son komponenti - Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılır. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan transnəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. Həyata keçirilən qlobal layihələr nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilmişdir.

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələri dövlətimizin güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə geniş imkanlar yaratmaqla yanaşı, daha geniş bir coğrafiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir və Azərbaycan bu sahədə də güclü aktyor rolunu məharətlə icra edir.

 

 


Azərbaycan hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Hazırda ölkəmizdə 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkəmizin beynəlxalq miqyasda aparıcı enerji lahiyələrində özünəməxsus rolu vardır. Xüsusən Cənub Qaz Dəhlizi kimi iri lyihələrdə əvəzedilməz tərəfdaş hesab edilən Azərbaycan üçün bu layihə həm iqtisadi əhəmiyyəti, həm də siyasi önəmi var. Cənub Qaz Dəhlizi həmçinin, Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır.

Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr – Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya layihənin həyata keçirilməsində bir komanda olaraq effektli çalışıb. Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycanın beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac potensialı artmış  və eyni  zamanda ölkəmiz Avropa dövlətləri üçün əsas enerji təsisatçısına çevirilmişdir. Təbii ki, ölkəmizdə də əhalinin sayı artdıqca istehlak və tələbat da artmaqdadır. Həyata  keçirilməkdə olan iqtisadi layihələr və islahatlar nəticəsində ölkə iqtisadiyyatında  xüsusi sıçrayışlı inkişaf nəzərə çarpmaqdadır.

Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu iqtisadi uğurlar daxili tələbatın  ödənilməsində başlıca rol oynamaqdadır. Son illər ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusən  istehsal  texnologiyalarının təkmilləşdirilməsi, müasir yönümlü bazar iqtisadiyyatının tələblərinin  uyğunlaşdırılması  bu  iqtisadi  uğurlarımızı  daha da  yüksəltməkdədir.  Həmçinin enerji  istehsalında   yüksək  nəticələrin əldə  edilməsi, enerjiyə  olan  daxili  tələbatın  ödənilməsinə və Azərbaycanın beynəlxalq aləmdə əsas enerji təchizatçısına  çevirilməsinə səbəb olub. Azərbaycanda 100% elektrikləşmə mövcuddur. Bu gücün alınmasında istilik elektrik stansiyaları 60% payla üstünlük təşkil edir.

Ölkəmiz son zamanlar mövcud istehsal və ötürücü güclərin artırılması və modernləşdirilməsi üzrə irimiqyaslı investisiya proqramını həyata keçirməsinə nail olmuş, enerji resurslarının istehsalı infrastrukturunun irimiqyaslı yenidən qurulmasını həyata keçirmişdir. Bu gün ölkəmiz qonşu ölkələrlə transsərhəd elektrik enerjisi ticarəti aparır və əsasən, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu isə o deməkdir ki, artıq Azərbaycan elektrik enerjisinin xalis ixracatçısıdır və elektrik enerjisi istehsalı üzrə öz izafi istehsal potensialından istifadə edərək regional bazarda öz sözünü deyir.

Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyəsəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, ölkəmiz vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq.

 


Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçmiş oldu və bu nailiyyət, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. Prezident İlham Əliyevin toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan qazının beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb. Azərbaycan keçən il bu istiqamətdə 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və ona tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərədaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib.

Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır və bu göstəricilər də getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, Avropa ölkələrinin enerji resurslarına getdikcə artan tələbatı fonunda Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən dövlət başçımız bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən, ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafelərinə tamamilə uyğundur.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Məsələn, yaxın vaxtlarda Bakının Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa hazırda ölkənin işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqram hazırlanıb. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Digər tərəfdən də bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Həm də ixracın həcmi getdikcə artır. Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ölkə ixrac üçün daha çox qaza qənaət edə bilər. Bu məqsədlə Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram böyük əhəmiyyət kəsb edir. Artıq təsdiq olunub ki, Xəzər dənizinin texniki potensialı ilkin göstəricilərə əsasən 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan potensial enerji resurslarına malik bir ölkə və etibarlı tərəfdaşdır.

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Azərenerji ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.

“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

 

Məlumat verildi ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.

Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.


Bir qrup kənd sakini direktorun müdafiəsinə qalxdı- "Vüsalə Məmmədova uşaqlarmıza dərs deməməlidir,çünki..."-VİDEO

Bir qrup kənd sakini Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktorunun müdafiəsinə qalxıb.

Faktinfo.az saytı xəbər verir ki, kənd sakinləri saxta profil üzərindən səs yazısını yayan müəllim Vüsalə Məmmədovanı  tənqid edirlər.Əsasən qadınlar olan sakinlər  Vüsalə Məmmədovanı dünyasını dəyişən şəxsləri təhqir etməkdə,onları söyməkdə,maşına minib qaçmaqda günahlandırırlar.Bununla bərabər onlar hesab edirlər ki,Vüsalə Məmmədova məktəbdən xaric edilməlidir.Çünki o,iki illik kurs bitirib,müəllimə yaraşmayan tərbiyyəsiz ifadələr işlədir, istənilən savadı yoxdur vəs. Hətta kənd sakinləri onu da bildirir ki,Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun özü də direktor Mətanət Məmmədovanın yetirməsi olub.

Faktinfo.az hər iki videonu  təqdim edir: