Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib.

 

Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – Azərtaca müsahibə verib.

Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.

 
"2 fevral- Gənclər günü münasibətilə II Qarabağ Müharibəsində şəhid olan gənc və yeniyetmə qardaşlarımızın ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Əziz gənc dostlarıma isə uğurlar arzu edirəm".


Millidestek.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal gənc Təbriz Abdullazadə səsləndirib. O bildirib ki, bu gün Azərbaycanın gəncləri müzəffər, qüdrətli Azərbaycanın gəncləridirlər:

"Gənclərin məşğulluğunun artırılması və onların rifahının yüksəldilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları var ki, bu istiqamətdə də zaman-zaman müvafiq addımlar atılır. Mən də bir gənc kimi öz üzərimdə çalışıb, vətənimə, xalqıma layiqli gənc olmağı qarşıma hədəf qoymuşam".

Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnin təqdim edir:

"Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

 

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq".

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev Kunio Mikuriyanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Kunio Mikuriya "Dostluq" ordeni ilə təltif edilir.


Qəribədir ki, Nikol Paşinyan Qarabağ ətrafında baş verən bütün hadisələrdən, uduzduğu müharibədən sonra da Azərbaycan Prezidentinin sözlərini boşuna demədiyini başa düşməyib. Bu mənada İlham Əliyev, ümumiyyətlə, bir çox həmkarlarından kəskin şəkildə fərqlənir. Rəsmi Bakı sakit, diplomatik, lakin kəskin şəkildə Paşinyana bu və ya digər məsələni – indiki halda delimitasiya və demarkasiya problemini həll etmək lazım olduğunu xəbərdarlıq edirsə, günlərin bir günündə xatırlatmalar olmayacaq.

Bu barədə Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Bakı “min birinci” xəbərdarlıq rejimində işləmir. Buradan həm Paşinyan, həm də bütövlükdə Cənubi Qafqazla maraqlanan hər kəs sadə nəticə çıxara bilər: artıq Bakının demarkasiya planı var. Əgər sərhədin müəyyənləşməsi tələbini Ermənistan tərəfindən bəyənilməzsə, onda heç nə edə bilmərik. Ona xəbərdarlıq edirdilər, amma bu imkan əldən verilib. Burada taxta sərhəd dirəkləri deyil, Azərbaycan rəhbərinin imici əhəmiyyət kəsb edir”, - o bildirib.

Rusiyalı ekspertin fikrincə, Azərbaycan politoloqları faktiki olaraq Ermənistana birbaşa Bakının məsələni birdəfəlik həll etmək planları barədə xəbərdarlıq edirlər:

 

“Bu, bir növ güzəştdir, çünki belə ciddi işlərdə, adətən, heç kim öz planları barədə heç kimə xəbərdarlıq etmir. Bu, müəyyən mənada “qonşu hədiyyəsidir”.

Azərbaycan politoloqları Cənubi Qafqazın xəritəsini və Azərbaycanın xəritələrini geniş auditoriyaya açıq şəkildə nümayiş etdirirlər. Orada çox vaxt İrəvan da daxil olmaqla, əsas erməni məntəqələri Azərbaycan toponimləri ilə işarələnir. Bu, eyni səbəbdən baş verir: sərhədlər qəti şəkildə və rəsmi olaraq müəyyənləşdirilməyib, buna görə də qalib gələn tərəf müzakirə və sonrakı reallaşma prosesi üçün öz variantlarını təklif edə bilər.

Ermənistanda, əlbəttə ki, baş verənləri dərk edirlər. Görünür, bu səbəbdən Armen Sərkisyan da öz vəzifəsini tərk edərək, Azərbaycanın yenidən Paşinyanın çiyninə qoymağa hazır olduğu tarixi yükü öz üzərinə götürmək istəmədi. Düşünürəm ki, Sərkisyan postsovet məkanında vəziyyətin geosiyasi amil üzündən sürətlə gərginləşdiyini və Azərbaycanın yenə də bu vəziyyəti nəzərə alıb, onu öz xeyrinə işlədəcəyini başa düşürdü”.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

 

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq".

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

 

"Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir", - Prezident vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Axar.az xəbər verir ki, bu xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Prezident İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli Fatma xanım,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram".