![]() |
![]() |
Qardaş Qazaxıstan üzərindən günün sualı budur: Tarix kimi daha çox ittiham edəcək: Rus qoşununu ölkəyə çağıranları, yoxsa onun çağırılması üçün meydanlarda zəmin hazırlayanları?
Bay və bayan saxta demokratlar, dələduz vətənşüvənlər, sosial aləmə soxulmuş ədəbiyyat və siyasət təlxəkləri! Sizlərə deyirəm, sizlərə: hər ikisini ittiham edəcək, hər ikisini!
Bir insana olduğu kimi, bir xalqın da çoxluğuna lazımı təhsili, mədəni davranış qaydalarını illərlə aşılayırsan ki, hansı mühitdə olursa-olsun, emosiyaları ağlına qalıb gəlməsin. Bunu aşılamayanlar qədər çevrədəki faydalı dəyərləri öyrənmək istəməyənlərin də günahı hər zaman üzüründən betər olacaq! Və bir də idarə edə bilməyəcəyin kütləni küçəyə çağırıb, sonra onun girovuna çevrilməyəcəyini öncədən düşünməlisən. Biz, axı bunu keçmişik. 1988-ci ilin meydanında, 20 yanvarın vəhşətində, Xocalıdan sonrakı hakimiyyət dəyişikliklərində...
Bir misqal boyu ağıllanmayanlar indi də buna oxşar hər məkanda gəncliyi keçilmiş həmin məcara yolu ilə aparmağa çalışırlar. Öz ölkəsinə yad qoşunları çağırıb iğtişaşları yatırmaq, bütün hallarda həmin ölkənin rəhbərinin unudulmayacaq səhvi və ya bağışlanmaz günahıdır. Bəlkə də cinayətidir.
İllər sonra məhz bu davranışa görə qasımın comərdliyi deyil, sultanın nuru bu məmləkət üzərində yenə də hakim olacaq. Anlayacaqlar ki, Nursultan prezidentlikdən getsə də hakimiyyətdən nədən getmədi. Ona görə getmədi ki, kimsə cəsarət edib yad qoşunu ölkəyə çağırmasın. Çünki o, Dinmuhəmməd Kunayevdən sonra baş verən etirazlarda süngülərdə doğram-doğram edilən qazax gəncliyinin fəryadını qulağında saxlamışdı. Nursultan yüzlərlə qazax gəncini aullardan yığaraq Avropada yetişdirirdi ki, sabah təlatümsüz yolla bu ölkənin sahibinə çevrilsinlər. Nursultan haqlı olaraq Qazaxıstan kimi sürgün dövlətində, kriminal artıqlığın, səhra ənginliyinin içində kökü kəsilmiş qazax kimliyinin dirilişi üçün lazım olandan daha artığını etdi. Həm də Rusiya və Çin kimi gözünü buraya dikmiş qiqantlar arasında o böyüklükdə ərazini çiyninə alaraq Türk arealına və müasir dünyaya daşımağı bacardı. O, haqlı olaraq demokratiya uğrunda deyil, demoqrafiya uğrunda mübarizə apardı və bu mübarizədə böyük uğur əldə etdi. Qazaxları ölkə və bölgə siyasətinin ağırlığını daşıyacaq saya qədər çatdıra bildi. Üstəlik, iqtisadiyyatı da digər Orta Asiya ölkələrindən daha sabit və inkişafa yönəlik səviyyədə qorumağı bacardı. Uğurlu neft müqavilələri bağladı və enerji resurslarının xaricə satışını reallaşdırdı. Bütün əlverişli layihələrdə ən aktiv rol aldı. Ən əsası da Türk birliyinin memarı olaraq Rusiya ilə də şəxsiyyətli, bərabərhüquqlu, balanslı münasibətlər qurmağı ən mükəmməl formada bacardı. Ölkə üçün Türküstan və Nursultan kimi iki möhtəşəm paytaxt saldı, qazax kimliyinə ali dəyər qazandırdı. Bu ölkədə əzəl başdan demokratiya qurmağa çalışsaydı, iki-üç il içində özünü milliyətçi, yaxud islamçı etiketi ilə qaragüruhçu zehniyyət hakimiyyətdən aşıracaqdı və tam rusafob marionet bir ölkəyə çevriləcəkdi Qazaxıstan.
Bəs, bu böyük adamın böyük səhvi nə idi: Hamı kimi o da, sədaqətli varis barədə düşündü. Bu əksər böyük missiya yerinə yetirənlərin yol verdiyi səhvlərin təkrarı idi. Anlamırlar ki, adam hansısa şəxsə sədəqət barədə nə qədər and içsə də, həmin şəxsin səlahiyyət statusu və yaxud əxlaq dəyərləri dəyişdiyində, ondan üz çevirəcək, ona qarşı düşmənə çevriləcəkdir. Sədaqətin nüvəsini sağlam əxlaq dəyərləri, ağıl və məsuliyyət hissi təşkil etməlidir. Ağıllı, əxlaqlı, məsuliyyətli adam həm də sədaqətli adam deməkdir. Nursultanın bu xarakterdə bir varis yetişdirə bilməməsi kərpic-kərpic qurduğu qazax dövlətinə sağalmaz yara vurdu.
Boşboğazlar, danabaşlar, siyasətdən anlamayanlar, mədə qurultusundan başqa səs eşitməyənlər! Dünən “Qazax xalqı azadlıq mübarizəsinə qalxdı” deyib, indi də “Qazax xalqını gülləbaran edirlər” deyirsiniz. Məgər başladığınız tezisin arxasınca bu nəticənin gələcəyini görmürdünüz? Söhbət Şərqdən gedir, Şərqdən!
Din ehkamının tarix boyu azad düşüncəyə qalib gəldiyi Şərqdən gedir.
İranda kütlənin nə qurduğunu görmədinizmi?
Əfqanıstanda necə, onu da görmədiniz?
Çeçenistanda, Dağıstanda başqa nə qurula bilər ki?
Elə bizdə də, demokratiyaya hazır cəmiyyət qurduğunuzumu düşünürsünüz?
Haqlısınız, Əbülfəz Elçibəy demokratik dünyagörüşə sahib şəxsiyyət idi! Ondan sonra demokratiyanın “D” hərfinə yaxın, yaxud da demokratiyanın hamballığını etməyə hazır çoxmu adamımız vardı? Həmin adam yalvarmırdı ki, rüşvəti bir az insafla alın? Həmin adam demirdi ki, indi məni seçirsiniz, demokratik dünyagörüşünüz olmadığına görə bir ildən sonra özünüz aşıracaqsınız?
Azərbaycanda demokratiyanı arzulayan kiçik bir səmimi azlığın başında xalqın alt qatlarında qonşu ölkənin yerləşdirdiyi din cəhalətinin elə bir yumruğu çatlayacaqdır ki, avtirotar dediyi, dözülməz dediyi dünyəvi iqtidarın xiffətini hamıdan çox çəkəcəklər. Burada həm də qiqantlarla hələ ki, tarazlı münasibət qurmuş və nəticədə Qarabağı azad etmiş iqtidardan söhbət gedir. Bunu qətiyyətlə deyirəm, əsrlərdir özümüzə təlqin etdiyimiz kimi, bizim rus düşmənimiz yoxdur, fars düşmənimiz yoxdur, gürcü və başqa düşmənimiz yoxdur. Bizim düşmənimiz öz cəhalətimizdir! Sən dünyanı normal öyrənmirsənsə, sən burnundan uzağı proqnozlaşdıra bilmirsənsə, sən işığa çağıran yolu qoyub it hürən tərəfə gedirsənsə, rus, fars, gürcü, erməni buna nə etsin? Özünü yeniləşməyə çağıra bilməyən, özünə şəxsiyyət qazandırmayan xalqlar bu missiyanı başqasına həvələ etməyə məhkumdurlar.
Azərbaycanın da alt qatlarında elə minalar basdırılıb ki, dövlətin zəif anında hər şey faciəyə sürüklənə bilər. Ölkədə sağlam müxalifət məsuliyyəti çox zəifdir, virtual kütlə isə daha çox məsuliyyətsiz vətənşüvənlərin və ya təlxəklərin dalınca gedir. Qaragüruhun qonşu ölkələrin hazırladığı din cəhaləti üzərindən ilk fürsətdə boy verməsinə də real təhlükə kimi baxmaq lazımdır. Azərbaycanda daha dəhşətlisi isə dövlətin vəzifəsini iki əllə qamarlayanların dövlətin məsuliyyətini barmağının ucunda belə götürməkdən yayınması gerçəyidir. Xüsusilə də gəncləşmə, kembricləşmə, oksfordlaşma, qaqaşlaşma adı ilə dövlət məsuliyyəti olmayanların səlahiyyətləri zəbt edərək vətəndaşa xidmətdən uzaqlaşma taktikasından gedir. Ölkədə sosial narazılığın əsasında dayanan əsas amil həm də iki müqəddəs “İ”dən imtina olunmaması ilə bağlıdır. İnhisarçılıq və İmtiyazçılıq tədricən tərk edilməlidir ki, vətəndaş ac siyasi insandan normal qayğıları ilə adam kimi yaşayan sosial insana doğru öz yaşamına geri qayıtsın.
Zəngəzur hədəfindən bu qalib dövləti, bu qalib dövlət rəhbərini yayındırmaq istəyən haqlı ya haqsız olsun, bütün elementlərin, bütün bəhanələrin qarşısını ancaq səmimi islahatlarla almaq mümkündür. Buna köklü demokratik islahatlar adını da vermirəm, sadəcə iqtisadi azadlıqların genişlənməsi üçün hərə öz əlindəki süni imtiyazdan bir misqal geri çəkilsə, o boşluq böyük əksəriyyət üçün geniş imkan və məşğulluq sahəsi açacaqdır ki, bu da iqtisadi canlanmanın başlaması deməkdir. Bir də sağlam müxalifətlə açıq, səmimi dialoq mühitini genişlətmək, onların fikir və təkliflərini diqqətə almaq zəruridir ki, artıq küçənin, meydanın siyasi çözüm yeri olmadığını və nəticələrinin Qazaxıstandakı sonluğa vara biləcəyini ağıllı, sağlam düşüncəli insanlarımız axmaqlara, vətənşüvənlərə, təlxəklərə izah edə bilsin.
Bilirəm, istər-istəməz Qazaxıstan dərsləri bizdə hələ çox müzakirə olunacaq. Müqayisələr də olacaq. Ancaq bir dərsi öyrənmək üçün gözü çıxmış qardaşa baxmaq bir çox hallarda yetərli olmur. Sadəcə görən gözünlə dünyaya və qarşındakı kitaba göz gəzdirsən, anlayacaqsan ki, bu günün əsas hədəfi Zəfər yolunu Zəngəzura qədər uzatmaqdır. Sonra əminəm ki, iqtidarlı-müxalifətli arzulanan, həsrəti çəkilən demokratiyanı hamımız bir ağızdan istəyəcəyik və bu məmləkətə gətirəcəyik.
Yolu anlayanlarla Yola davam!
Bu fikirlər Faktinfo.az saytına ADAU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilən xəbərdə yer alır. Məlumatda o da qeyd olunur ki, son aylar bir sıra saytlarda təkrarçılıqla ADAU və onun rektoru haqqında aparılan "ümümiləşmələr" sifariş, məqalələrdə anonim mənbələrə istinad isə qəsdən suni ittiham sübutları ilə ictimai-rəyi çaşdırmaq istəyənlərin davamlı "çağırışı" kimi qəbul edilir.
Qənaətimiz belədir: ADAU-nun rektoru İbrahim Cəfərov özünü ictimai rəydən, yüksək amaldan məhrum etməyib. O səbəbdən də universitetin professor-müəllim heyəti ilə hörmətlə davranır, onların ADAU-dan uzaqlaşdırılmasını düşünmür, kafedra müdirləri seçkisinə anlayışla yanaşır, müasir çağırışlara cavab verən gənc müəllimlərin kafedralara işə götürülməsini məqbul bilir, heç bir məsələyə şəxsi istək və arzudan irəli gələn bir şəkildə müdaxilə etmir, qərar qəbul edərkən kollegial yanaşmaya üstünlük verir.
O cümlədən, ADAU-da imtahan sessiyasının keçirilməsi zamanı məsuliyyət hissini itirmir, şəffaflığın maksimum şəkildə təmin olunması üçün rektor əlindən gələni edir, bu prossesə dövlət mövqeyindən yanaşır.
Bilərəkdən, ADAU və onun rəhbərliyini illuziyalara qapılmaqla, emosional şəkildə yersiz yerdən tənqid etmək ənənəsi isə məlum saytlar üçün "səmimiyyət" adı altında pərdələnməkdir.
Həmçinin, rektor İbrahim Cəfərov ADAU-da heç kimin məvacibinə məxsusi yanaşıb artım etmir (ümumiyyətlə bu onun səlahiyətində olmayan məsələdir), heç bir müəllimlə ədavət aparmır. Ona görə də bir sıra saytlarda dərc olunan "dəlilləri" nəzərə alaraq bildiririk: - "ideyalarnızın" həqiqətlə heç bir əlaqəsi yoxdur, sadəcə şəxsi meyllə bağlı olub növbəti dəfə milləti çaşdırmaq ənənəsidir.
ADAU ictimaiyyətlə əlaqələr şöbəsi
Buna rəğmən Azərbaycanın maliyyə sektoruna təhdid olan, son dərəcə xoşagəlməz və hətta ziyanlı bir tendensiya qalmaqdadır.Bu,ölkədən çıxarılan və kapital axını adlandırılan milyardlarla manatdır.Faktinfo.az bildirir ki,bu barədə neçə illərdir ki,mətbuat yazır,müəyyən kəsm ekspertlər danışır,amma mövzu hələ də ölkəmiz üçün aktuallığını saxlayır.
Bəzi ekspertlər bu qənaətdədirlər ki, kapital axınının əsas səbəblərindən biri kadr islahatlarıdır.Bu onunla izah olunur ki,son illərdə Azərbaycanda vəzifədən kənarlaşdırılan nazirlər,iri çinli məmurların əksəriyyətinin kifayət qədər kapitalı var. Onlar bu vəsaitləri vəzifədən uzaqlaşdırılandan sonra xaricdə yerləşdirirlər.Bu istiqamətlərdən biri hansısa müəssisəni alırlar, ya da daşınmaz əmlak əldə edirlər.Belə əməliyyatlar nəticəsində il ərzində Azərbaycandan xarici ölkələrə kapital axınının həcmi 4,5 – 5 mlrd ABŞ dollarına bərabər tutulur.İnternet üzərindən axtarış verdikdə bu istiqamətdə təkzib edilməyən onlarla mövzuya rast gəlmək mümkündür.
Əlbəttə ki, ilk növbədə Maliyyə Monitorinqi Xidməti bu işlə çox ciddi məşğul olmalıdır ki, ölkədən əsassız kapital axınının qarşısının alınması üçün tədbirlər görsün.Çünki,ölkəmizdə həyata keçirilən iqtisadi tutumlu layihələr Azərbaycanın özünün kifayət qədər kapitala ehtiyacı olduğunu,bu təqdirdə isə ölkədən sərmayə axınının baş verməsinin tamamilə yolverilməz olduğunu diqtə edir.
Faktinfo.az işgüzar mühitdən əldə etdiyi xəbərə əsasən bildirir ki,Azərbaycandan kənar dövlətlərə kapital çıxardılmasının sxemlərindən biri də ölkəmizdə sahib olduqları müəssisənin profilinə uyğun xaricdə şirkət açılmasıdır.Belə ki, ölkədən milyon və milyardları çıxartmaq üçün istənilən iş adamı,şirkət rəhbəri və ya vəzifəli şəxs xaricdə oğlunun,qızının,qohum-əqrəbasının adına şirkət açır.
Bundan sonra sxem üzrə xaricdəki özünə aid şirkət,həmin ölkədə fəaliyyətdə olan aparıçı digər bir şirkətdən dəyəri milyon dollarlarla ölçülən mal alır.Əməliyyatın ikinci mərhələsi Azərbaycanla əlaqələndirilir.Belə ki,adam Azərbaycandakı şirkəti və ya MMC-sinin xətti ilə xarici ölkədəki açdığı şirkətdən alınmış mal və ya avadanlığı həddən ziyadə şişirdilmiş qiymətlərlə idxal edir.Bununla da ölkədən vəsait çıxarda bilir.
Alınan məhsulun,malın,avadanlığın dəyərinin qorunub saxlanmasına gəlincə isə, bu da müəyyən önəm daşıyır.Təbii ki,bu kimi əməliyyatları geniş əlaqələrə malik şəxslər həyata keçirdiyindən,alınan məhsulu müqavilə əsasında ölkəmizdə fəaliyyətdə olan müəissələrə sata da bilirlər.
1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, dövlətin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandı. Həqiqətən də o dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac vardı.Ulu öndər Heydər Əliyevin irsinin dərk edilməsi özlüyündə çətindir. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz yerini tutdu. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Belə ağır zamanda xalqın təkidlə Heydər Əliyev Azərbaycana qayıtdı və qısa bir müddətdə cəmiyyət Heydər Əliyevin ətrafında birləşdi. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı. 1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Azərbaycanın tarixinə səyahət etsək açıq-aydın görərik ki,sınaqlardan keçmiş əsrləri - illəri vardır. Hər bir xalqın, ölkənin elə günləri olur ki,tarixə çevrilərək nəsildən - nəslə ötürülür,anılır. Ölkənin tamamilə məhv olmaq təhlükəsi ilə üzbəüz olduğu bir vaxtda, xalq çıxış yolu axtarırdı. Bu dönəmdə xalq səslədi, Heydər xalqım dedi . 1993 -cü ildə 98, 80 faiz səslə ölkəyə Prezident seçildi. İnanın şahidi oldum ,insanlar necə sevinc içində idi, hətta bir -birlərini ayaqyalın qaçıb xəbər verirdilər. Ümummilli lider Azərbaycan tarixində əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Hakimiyyətdə olduğu bütün dövrlərdə əsas qayəsi külli düşüncə, milli iradə, azərbaycançılıq olan Heydər Əliyevə xalqın inamı hər zaman onu ucaltmış, hətta ona qarşı həsəd və qısqanclıq hissləri yaratmışdır. Bizim xalqın da özünəməxsus tarixi vardır. Onun fikrincə müstəqilliyi qazanmaq şərt idisə, ən vacibi onu qoruyub saxlamaq, inkişaf etdirmək, gücləndirmək idi. Ulu Öndər bunu reallığa çevirdi. Qazanılan nailiyyətlərin əsasında Heydər Əliyevin məqsədyönlü siyasəti dururdu. Onun nəticəsidir ki, Prezident İlham Əliyev bu missiyanı uğurla həyata keçirtdi. Ulu öndərimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istiqamətində böyük səy və əzmkarlıq göstərməkdədir.
Aqrar sektorun inkişafı üçün son illərdə yüz milyonlarla manat vəsait xərclənməsi, bu tədbirlərin bu gün də davam etdirilməsinə baxmayaraq, istənilən nəticə əldə edilməyib. Əksinə, son 3 ildə buğda istehsalından tutmuş bütün məhsul növlərində geriləmələr aqrar sektorunun inkişafı ilə bağlı gözləntilərdə məyusluq yaradıb.
Faktinfo.az xatırladır ki, kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin əsas hissəsini dövlət öz üzərinə götürüb, dörd dövlət proqramı qəbul edilib, lakin kənd təsərrüfatı məhsullarına dair idxaldan asılılıq əksinə, artıb. Ət istehsalından danışmağa dəyməz, DGK və Statistika Komitəsinin açıqlamaları göstərir ki, Azərbaycana idxal olunan ət son 3 ildə azı iki dəfə artıb. Eləcə də, 2019-cu ildə ölkəmizdə 2 149 000 ton buğda istehsal edildiyi halda, 2020-ci ildə bu göstərici 1 867 000 ton olub. Ötən il isə cəmi 1 885 000 ton buğda tədarük edilib.
Çay istehsalından isə danışmağa dəyməz. Belə ki, 2020-ci ildə Azərbaycanda cəmi 600 ton yaşıl çay yarpağı istehsal olunduğu halda, bu rəqəm ölkəmizə idxal olunan çaydan 22 dəfə azdır. Ümumilikdə, 2021-ci ildə ölkəmizə 13 984 000 ton çay idxal olunub.
Həmçinin, çəltik istehsalında da azalma müşahidə olunur. 2017-ci ildə ölkə üzrə 16,2 min ton çəltik istehsal edildiyi halda, 2019-cu ildə bu rəqəm 12000 ton, 2020-ci ildə isə 9,9 min ton olub. Yəni, son 3 ildə çəltik istehsalında nəzərə çarpacaq azalma var.
Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istənilən növü üzrə geriləmə iki dəfəyə yaxındır. Məsələn, 2017-ci ildə ölkə üzrə 410 000 ton şəkər çuğunduru istehsal olunduğu halda, sonrakı illərdə istehsalda kəskin azalma qeydə alınıb. 2020-ci ildə cəmi 233 000 ton məhsul istehsal edilib. Göründüyü kimi, son 3 ildə çəltik istehsalında da 2 dəfəyə yaxın azalma mövcuddur.
Gündəlik həyatımızda istifadə edilən kartof, soğan, kələm, kök məhsulları isə illər əvvəl təlabatı azı 8 ay qarşıladığı halda, istehsal olunan bu məhsullar artıq daxili təlabatı 6 ay təmin edə bilmir. Payız fəsli başlar-başlamaz kartof, soğan, kələm, kök və s. məhsullar ölkəyə idxal olunur.
Göründüyü kimi, uğursuz kənd təsərrüfatı siyasəti yüksək nəticələr əldə edilməsini əngəlləyir. Kağız üzərində olan göstəricilərlə mövsüm zamanı əldə olunan nəticələr uyğunsuzluq təşkil edir. Bununla da, Kənd Təsərrüfatı naziri İnam Kərimova inam ilbəil azalır. Əslində nazirə olan etimadın “xərclənməsində” cəmi məsuliyyət onun ətrafı - nazirin müavinləri, daxili nəzarət şöbəsinin müdiri, mətbuat xidmətinin rəhəhbərinə də aiddir. Nə vaxta kimi bir-birini yola verməyə çalışacaqlar?
Hərçənd, onlar üçün düşündürücü deyilmi ki, 2022-ci il ictimai rəydə İnam Kərimov və komandası üçün həlledici il olacaq. Axı nə vaxta kimi bu nazirlik peşəkar kənd təsərrüfatı mütəxəssislərini uğursuz hüquqşünaslarla əvəzləyəcək, onlar da bahalı avtomobillər sürüb, əyləncələr təşkil etməklə kefdə-damaqda olacaqlar. Artıq KTN deyiləndə bu nazirlik ailə ansambılını, qohum-əqrəba, dost-tanış yığıncağını xatırladır. Həqiqətənmi, İnam Kərimov və komandası unudur ki, onlar toxunulmazdır və bir gün nazir və yaxın ətrafından kənd təsərrüfatının vəziyyətinə dair əsaslandırma tələb edilməyəcək?
Faktinfo.az xəbər verir ki, artıq Azərbaycanın Rusiyaya ixrac etdiyi şərabların həcmində və pul ifadəsi ilə götürdükdə, bazar payını digər ölkələrə uduzması da təəssüfləndiricidir. Məsələn, 70-80-ci illərdə Rusiyada satılan şərabın hər 3/1-i Azərbaycan istehsalı olubsa, 2015-2017-ci illərdə Azərbaycan şərabı Rusiya bazarlarında ən azı Abxaziya, Moldova, Çili, Serbiya məhsullarından üstün tutulubsa, indi ölkəmiz şərab ixracı və satışına görə axrıncı yerləri bölüşür.
Bu barədə Rusiyanın "ГАЗЕТА" nəşrinin 057(3550)(2204) nömrəli sayında bildirilir ki, 2021-ci ildə Rusiyaya ixrac edilən şərabların həcmində və pul ifadəsi ilə götürdükdə, satışında ilk 10-luğa İtaliya, İspaniya, Gürcüstan, Fransa, Portuqaliya, Abxaziya, Çili, Almaniya, Yeni Zellandiya, Moldova rəhbərlik edir.(https://www.rbc.ru/newspaper/2022/04/22/62611db69a79477a73626f6f)
Azərbaycan 2021-ci ildə naturada 0,9 milyon litr ixrac etməklə, pul şərti ilə 2 milyon dollar gəlir əldə edib. Siyahıda axırdan ikinci yeri bölüşən ölkəmiz Gürcüstanla müqayisədə ixrac və gəlir hesabı baxımından müqayisə olunmayacaq şəkildə geriləyib. Nəşrin məlumatına görə, ilk beş təchizatçı ölkə İtaliya, İspaniya, Gürcüstan, Fransa və Portuqaliyadır və Rusiyaya ümumilikdə şərab ixracının təxminən üçdə ikisi bu dövlətlərin payına düşür.
Rusiyaya xarici şərabın tədarükü 2021-ci ildə 2020-ci ilə müqayisədə 29% artdığını da nəzərə alsaq, bu ilk beş təchizatçı ölkə üçün tədarük olunan məhsulun həcmində yüksək göstəricidir. O cümlədən, şərabın 1 litrinin topdansatış qiyməti 4,66 dollar və ya 343 rubl təşkil edib. Bu isə o deməkdir ki, 1 litr şərabın bazar payında əvvəlki illərlə müqayisədə artım var. Həmçinin, məqalədəki aparılan müqayisədən görünür ki, Rusiyaya istehlak edilən şərabın demək olar ki, həcmi ötən illərlə müqayisədə artıb və yarısı xaricdən gətirilib. Müqayisədən və məqalədəki qrafadan anlaşılır ki, dövlətin dəstək verdiyi Azərbaycan şərabçıları isə ilbəil Rusiyaya bazarında mövqe itkisinə məruz qalırlar.
Burada sual olunar, Rusiyaya ixrac etdiyimiz şərab içkisi ilə bağlı mövqe itkisinə nə səbəbdən məruz qalırıq? Bəlkə şərabçılıq üzrə mütəxəssislər dinlənilə və yaxud beynəlxalq şərab müsabiqələrinə qatılıb çıxış yolları aranıla? Bəlkə də bir neçə beynəlxalq şərab müsabiqəsinə ev sahibliyi edilə? Eləcə də, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutundan qarşıdakı illər üçün plan və təkliflər istənilə, ora peşəkar bir şəxs direktor təyin edilə? Yoxsa, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu bir sıra tender keçirilməsi üçün təşkil edilib? Çünki, KTN o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu işini düzgün qurmuş olsaydı, yəqin Azərbaycan 2021-ci ildə bazar payında bu dərəcədə geriləməyə məruz qalmazdı.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun keçirmiş olduğu tenderlərə gəlincə, internet üzərindən araşdırma apardıqda şübhə doğuran məqamlarla qarşılaşırıq. Məsələn, Aktualinfo.org saytının məlumatına görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tabe Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 2020-ci il üçün keçirilmiş bir sıra tender prosedurları ətrafında araşdırmalar aparılıb.
Araşdırmalarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, habelə büdcə vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan bir sıra hallar məlum olub. Saytın məlumatlara aydınlıq gətirmək məqsədi ilə İnstituta ünvanladığı sorğusuna direktor Vüqar Səlimov cavab məktubu yazıb. Direktor qeyd edib ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun”da yaradılmış tender komissiyası tərəfindən 2019-cu ildən bu günə qədər keçirilmiş bütün satınalma işləri Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilmişdir”.
Sayt isə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov qanunun tələblərinə uyğun olaraq, keçirdiklərini iddia etdiyi bir neçə şübhə doğuran tender və kotirovka sorğularına nəzər salır. Laboratoriya avadanlığının satın alınması üzrə 25.12.2019-cu il tarixində keçirilmiş tenderdə 88 500 manat dəyərində satınalma müqaviləsi “SCIENTECH.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Burada incə mətləb ondan ibarətdir ki, açıq mənbələrdə MMC-nin fəaliyyət sferası və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə heç bir məlumat yoxdur. Eləcə də, Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması üzrə 28.10.2019-cu il tarixdə keçirilmiş tenderdə 1 028 115, 94 manat dəyərində satınalma müqaviləsi “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı yazılıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, ZƏRDABİ, qanuni təmsilçisi kimi isə Sərhədova Zəminə Fikrət qızı qeyd olunub. İnstitut tərəfindən dəyəri bir milyon manat olan bu tender prosedurunda “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulduğu açıq-aşkar görsənir. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi, İnstitut tenderin qalibi elan etdiyi “AZƏRTİNG” MMC ilə satınalma müqaviləsini 28.10.2019-cu il tarixdə bağlayıb. Sözügedən MMC isə 11.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.
Yəni qalib elan olunduğu tarixdən 9 ay əvvələ, -deyə sayt vurğulayır. Burada önəmli olan odur ki, cəmi 10 manat nizamnamə kapitalı olan, tender prosedurundan 9-10 ay dövlət qeydiyyatına alınmış, ixtisas göstəriciləri və analoji işlərdə təcrübəsinin olub-olmaması barədə hər hansı məlumat olmayan bir MMC-nin bir milyon manat dəyərində dövlət sifarişini yerinə yetirməyə maddi-texniki bazası, peşəkarlığı nə dərəcədə yol verir? Apardırma zamanı açıq mənbələrdən əldə etdiyi məlumatlara görə, dövlət reyestrində MMC-nin qanuni təmsilçisi kimi qeyd olunmuş Sərhədova Zəminə Fikrət qızı 2012-ci ildə Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olub. 2019-cu ilə də, yəni MMC-ni dövlət qeydiyyatına alıb, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə bir milyon manat satınalma müqaviləsi bağlayanda bu xanımın 23-24 yaşı olub.
Sizcə bu nə dərəcədə inandırıcı bir alqı-satqı müqaviləsidir, -deyə sayt qeyd edir.
Faktinfo.az xatırladır ki, siyahını uzatmaq da olar. Burada önəmli olan isə ondan ibarətdir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı rayonu ərazisidə ting üçün 1 028 115.94 dəyərində keçirdiyi tenderdən nə əldə olunub? Yəni, üzüm tingliyinin yaradılması üçün 1 028 115.94 manat ayrılırsa, buradan ən azı 5 milyon manat dəyərində üzüm tingi əldə edilməli idi ki, bu üzüm sortları işğaldan azad olunan ərazilərdə üzüm sahələrinin salınmasında istifadə edilsin.Bu baş verdimi? Yenə internet üzərindən axtarış veririk və bu barədə heç bir məlumat əldə etmirik.Bunlar isə ona dəlalət edir ki,aidiyyatı orqanlar yoxlamalar zamanı güzəştə getməməlidirlər.
FAKTİNFO.AZ
Hal-hazırda bəşəriyyət əldə olunan elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoyub ki, bu da əksər ölkələrdə olduğu kimi, məhz bizim ölkəmizin də hər sahəsində, o cümlədən təhsil sahəsinin inkişafında da öz təsirini göstərməkdədir. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ildənilə yeni-yeni texniki avadanlıqlarla və s. ilə təmin olunur ki, bu da müəyyən olunmuş strategiyaya uyğun həyata keçirilir. Qeyd edək ki, indiyə kimi ölkəmiz savadlı kadrlarının sayəsində inkişaf edib, sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə müəyyən uğurlarına qovuşub. Bəli, yalnız savadlı cəmiyyətin, peşəkar mütəxəssislərin sayəsində hər sahədə lazımi uğurları əldə etmək, dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək mümkün olur. Unutmaq olmaz ki, vaxtilə ulu öndər Heydər Əliyev “Təhsil millətin gələciyidir” deyə öz müdrik kəlamını ifadə edərək, hakimiyyətdə olduğu illər ərzində ölkəmizin təhsil sahəsinə diqqətlə yanaşdı və bu sahədən heç zaman qayğısını əsirgəmədi. Faktdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində respublikamızda təhsilin inkişafı, problemlərinin həlli və s. istiqamətində lazımi addımlar atılır ki, bu da hal-hazırda öz bəhrəsini verməkdədir.
Bəli, heç kəsə sirr deyil ki, indiyə kimi Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan çoxsaylı təhsil müəssisələri var və onlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU-dur). Bu ali təhsil müəssisəsinə 25 iyul 2013-cü il tarixdən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir. O, belə bir təyinatından əvvəl rektor əvəzi, tədris işləri üzrə prorektor vəzifəsini daşıyır. Ümumiyyətlə, İbrahim Cəfərovun rektor təyinatı, bu ali təhsil müəssisəsinin həyatında olduqca əhəmiyyətli rol oynayır. Əldə etdiyimiz məlumatlara görə gənc yaşlarından pedaqoji sahədə fəaliyyətə başlayan və ötən illər ərzində kifayət qədər zəngin təcrübə toplayan, eyni zamanda peşəkar idarəçiliyi ilə Azərbaycan təhsilinin inişafına dərin töhfələrini bəxş edən İbrahim Cəfərov, bu gün elə bir idarəçiliyini həyata keçirir ki, hər bir KİV nümayəndəsi, ictimaiyyətin fəal nümayəndəsi və s. ADAU haqda lazımi məlumatları asanlıqla əldə edə bilir. Diqqət yetirək ki, hal-hazırda rektor vəzifəsini daşıyan İbrahim Cəfərov bugünə kimi 3 dərsliyin, 1 dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, 4 metodiki tövsiyənin, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Bundan əlavə, bu şəxsin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir və onun elmi əsərlərinin 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir. Bəli, İbrahim Cəfərov kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olduğundan, onun ötən illər ərzindəki fəaliyyəti daim dəyərləndirilmişdir, lazımi qiymətini də almışdır. Belə ki, kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2016-cı il tarixli Sərəncamı ilə, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.
O da hər kəsə məlumdur ki, professor İbrahim Cəfərov daim ictimaiyyətlə sıx əlaqə saxlamağı bacaran vəzifə sahibidir. Bu olduqca qürurverici haldır və bu şəxsi insanlara olduğu kimi tanıtdıran, qəbul etdirən cəhətdir. Diqqət yetirək ki, hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ən ümidverici məlumatlar, daha çox ADAU-nun adı ilə bağlı olur. Yəni, rektor İbrahim Cəfərovun atdığı addımlarla, bu ali təhsil ocağında əldə olunan uğurlarla bağlı ayrı-ayrı media qurumlarında yayımlanan məqalələrdə, məhz bütün bunları açıq-aydın görmək mümkündür. Odur ki, bu ali təhsil ocağında keçirilən semestr imtahanlarının gedişi ilə bağlı əsl həqiqətləri bilmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, universitetin auditoriyalarında, yataqxanalarında, həyətdə-bacasında olan tələbələrlə fərdi söhbətlər etmək, tələbələrin valideyinləri, digər yaxınları ilə əlaqə yaradıb lazımi həqiqətləri üzə çıxartmaq heç də çətin deyil. Faktdır ki, bu ali təhsil ocağında elə bir idarəçilik həyata keçirilir ki, hansısa tələbədən “məni kəsdilər” ifadəsini eşitmək mümkün deyil. Çünki, Universitet rəhbərliyinin bütün neqativ halları aradan qaldırdığı, semestr imtahanlarında obyektivliyin təmin olunması yöndə lazımi addımlarını atdığı bildirilir. Yəni, bütün bunları bir neçə gün bundan əvvəl keçirilən semestr imtahanlarında canlı şəkildə müşahidə edib gördüyümüzdən, məhz qeyd olunanların həqiqət olduğunu bildiririk. Məsələn, istər mühəndislik, baytarlıq, aqronomluq, aqrobiznes və idarəetmə, elektroenergetika və informasiya texnologiyaları korpuslarında, istərsə də digər korpuslarda olarkən tələbələrlə, bəzi valideyinlərlə etdiyimiz fərdi söhbətlərimiz zamanı, ümumi vəziyyətin necəliyini tam şəkildə dəqiqləşdirə bildik. Yəni, o zaman bəlli oldu ki, bu ali təhsil müəssisəsində hansısa rüşvət faktorunun varlığından söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq, bu gün bəzi media qurumlarında ADAU ilə bağlı xoşagəlməz məqalələr yayımlanır, əsl həqiqətlər təhrif olunmuş qaydada geniş ictimaiyyətin diqqətinə çatdırılır. Sözsüz ki, bu kimi addımların atılmasının arxasında hansısa sifarişlərin verilməsinin, hansısa qüvvələrin məkrli planlarının həyata keçirilməsi niyyətinin durduğu qənaətinə də gəlmək olar. Amma, onu unutmaq olmaz ki, bu cür çirkin niyyət sahibləri heç də uzağa gedə bilməyəcəklər. Çünki, bir düz hər zaman əyrini kəsib.Diqqəti cəlb edən hallardan biri də, bu ali təhsil ocağında keçirilən şifahi imtahanlar zamanı müəllimlərin suallarına cavab verən tələbələrə digər tələbələrin qulaq asmaları olur. Yəni, həmin vaxt bir kimsə nəsə deyə bilmir ki, “filan tələbə suala cavab vermədiyi halda qiymət aldı, yaxud da hansısa suala zəif cavab verən tələbəyə yüksək qiymət yazıldı”. Bu yöndə atılan addımlar aşkarlığın üzə çıxarılmasına, şübhələrin birdəfəlik aradan qaldırılmasına səbəb olur. Ümumiyyətlə, keçirilən şifahi imtahanların müsbət cəhətləri çox olur. Bütün bunlar onu sübut edir ki, ADAU-nun rektoru professor İbrahim Cəfərov, hal-hazırda Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan, rəhbərlik etdiyi sahədə şəffaf mühitin varlığını təmin edən vəzifə sahibi olmaqla bərabər, eyni zamanda doğma xalqına, dövlətə və dövlətçiliyimizə layiqincə xidmət göstərməyi də bacaran nüfuzlu ziyalıdır.
Qeyd edək ki, bu gün İbrahim Cəfərov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, doğma xalqına ləyaqətlə xidmətdə görür. Bu da onun nüfuzlu Azərbaycan ziyalısı olaraq nəinki ölkəmizdə, hətta dünyanın əksər ölkələrində də tanınmasına səbəb olur. Bəli, bu şəxs hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə sübuta yetirib və heç zaman heç bir təmənna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan, daim prezident İlham Əliyevə, dövlətimizə, dövlətçiliyimizə xidmət göstərməyi özü üçün şərəf bilib. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.
Kamal MİRZƏ
“Bu gün hər bir uğuruna qürurlandığımız, fərəhləndiyimiz ölkəmizi ötən əsrin 90-cı illərinin Azərbaycanı ilə müqayisə etdikdə Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin həyatında nə qədər böyük işlər gördüyünü bir daha xatırlamalı oluruq.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Lüksemburqda keçirilən Aİ xarici işlər nazirləri iclasından sonra mətbuata açıqlama verib.
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, Vətən Partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edir.