Məşhur Məmmədov

Milli Məclisin deputatı

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.

Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir.

Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır".

Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir.

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar.

II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

 Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir.

Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.

Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüşdür.

Ardını oxu...

HEYDƏR ƏLİYEV SİYASƏTİ: Utopiyadan, populizmdən uzaq bir şəkildə...

Bu gün siyasət sahəsində əsrnin klassiki saylan ,müsəlman şərqi və bütün mütərəqqi fikirli insanların vahid məhəbbət hissinə çevrilmiş HEYDƏR ƏLİYEVin doğum günüdür.

      

 Bu şəxsiyyət haqqında çox yazılıb, kifayət qədər fikir deyilib. Hər bir şəxs öz düşüncə və dərkinə uyğun xarakterizə edib, Heydər Əliyevi. Bu günlərdə də haqqında çoxlu müsbət sözlər səsləndirilir, yazılır.

 

 Lakin bir həqiqət də var. Zamanla düşünən bir başın, yetkin bir siyasi xadimin qəsdinə duranlar da olub, necə olursa-olsun onu siyasi arenadan uzaqlaşdırmaq istəyənlər də tapılıb. Ömrünün ixtiyar vaxtında xarici informasiya vastələrində yazılan yersiz tənqidlərlə də üz-üzə qalıb. Amma o, nə yolundan, nə də siyasi əqidəsindən geri çəkilib.

 

 Tarix və arxada qoyduğumuz illər göstərdi ki, milli dövlət quruculuğu yolunda əsaslı işlər görməklə, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün diplomatik gedişlər etməklə, əsrin neft kontraktlarını imzalamaqla, Heydər Əliyev müstəqilliyimizə təminat alıb, yağmalanmış torpaqlarmızın bir gün geriyə alınmasının əsasını qoyubmuş.

           

 İkinci Qarabağ müharibəsi sübut etdi ki, sosial-siyasi təsisat iqtisadi amilə əsaslananda özünü doğruldur. Çünki, güclü dövlətlərin maraqlarını milli maraqlarımızla uzlaşdırmağın yolu iqtisadi amildən qaynaqlanır. Yəni Azərbaycanla bağlı səsləndirilən bütün müsbət fikirlərin, əməli işlərin əsası 1994-cü ilin sentyabrında bağlanmış "əsrin müqaviləsi"nin mahiyyətindən doğur. Sonrakı illərdə iqtisadi üstünlük bütün mənalarda ölkəmizlə bağlı öz sözünü deyir. Artıq biz bunu ordu quruculuğunda da sınaqdan çıxardıq.

 

 Müstəqilliyi Azərbaycanla eyni dövrə təsadüf edən Moldova dövlətinin prezidenti MAYA SANDU ötən ay etiraf etdi ki, ölkəsinin döyüşə hazır ordusu, normal hərbi texnikası yoxdu. Yəni, Moldovanın xarici müdaxilənin təsirinə adekvat cavab vermək imkanları sıfırdır. Pednostroviya kimi münaqişəyə cəlb edilən bir dövlətin hələ də bu vəziyyətdə olmasının səbəbi yəqin ki, düzgün aparılmayan siyasət və bundan qaynaqlanan iqtisadi amildir. Eynilə bu fikirləri münaqişələrə cəlb edilən digər keçmiş postsovet respubilkaları üçün də işlətmək yetərlidir.

  

Heydər Əliyev isə uzun illər sonra çətin vəziyyətdə qalmamaq üçün zərurət kimi, Azərbaycanın iqtisadi dayanıqlılığına əsrin kontraktlarını imzalamaqla təminat aldı. Bu çətin iqtisadi prosesi reallaşdırmaqla rəqibin döyüş meydanında əldə etdiyi nəticəni heçə çıxara bildi. Məsələn, 20 il bundan əvvəl Levon Ter-Petrosyan yazırdı: “Qarabağ məsələsində artıq bizim müttəfiqimiz yoxdur, yeganə müttəfiqimiz xoşagəlməz avanturizmidir. Yeganə yol kompromisə getməkdir. Oturub gözləyə bilmərik. Bir neçə ildən sonra güclənən AZƏRBAYCAN  qarşısında daha zəif olacağıq.”

 

Bəli,butün bunlar böyük siyasətçinin uzaq perspektivlərə hesablanan siyasi gedişləri idi,özünü bütün mənalarda doğrultdu.Bu Heydər Əliyev dəsti-xətti idi.Utopiyadan,populizmdən uzaq bir şəkildə döyüş meydanında zəfər səlnaməsi yazacaqdı.