"Qurunt sularının səviyyəsi aşağı düşüb,suvarılmasa ağaclar quruyacaq"-Xanəhməd Əsgərov +VİDEO

"Bakı şəhərində ağaclarda quruma halını planetdə baş verən xəstəliklə əlaqələndirmək düzgün deyildir.

Şam ağacının tərkibində efir yağı olduğundan göbələk və bir çox xəstəliklərə tutulmur. Əksinə şam ağacları bir çox mikrobları zərərləşdirir, ətrafa fitonsidlər buraxır. Abşeron yarmadasında əsasən də, Bakı şəhərində quruyan ağacların əsas səbəbi, normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması və bu zaman gövdənin həddən ziyadə budanması səbəbindəndir."-deyən,Xanəhməd Əsgərov bu dəfə XURAL TV-nin  qonağı olub.Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, təcrübəli alim – aqronom canlı yayımda tanınmış jurnalist Əvəz Zeynallı ilə söhbəti zamanı maraqlı açıqlamalar verib.O, bildirib ki, şam ağacları suvarılmadığına görə,suyu saçaq gövdədən qəbul edə bilmirlər.Ağacların su qəbul etməsi üçün ümid qalır mil kökə.Abşeron yarmadasında qurunt sularının səviyyəsi aşağı düşdüyündən artıq şam ağacları mil köklərindən üzərindən də su qəbul edə bilmədiyindən ağaclarda qruma prosesi başlayıb.Belə gedərsə bir neçə ilə şam ağaclarında kütləvi quruma halı olacaqdır ki,Bakı şəhərində ekoloji tarazlığı tənzimləmək çətin olacaqdır.Həmçinin,Xanəhməd Əsgərov Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində və Quyular İdarəsində baş verən korrupsiya hallarından da bəhs edib.

Faktinfo.az Xural TV-yə istinadən xəbər verir ki, aşağıdakı VİDEONU izləməklə BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyində baş verən neqativ hallarla tanış olmaq olar.

 
 
ndiyədək siqaret çəkməkdən heç kim xeyir görməyib və siqaretin vurduğu ziyan haqqında da hər kəs məlumatlıdır”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, hər bir siqaret qutusunun üzərində onun ziyanlı olması barədə məlumat öz əksini tapıb:
 
"Bilirik ki, siqaret qutularının üzərində "siqaret sizin sağlamlığınız üçün təhlükəlidir” sözləri qeyd olunub. Əgər bundan sonra da insan siqaret çəkirsə, bundan artıq nə söyləmək olar? Mənə elə gəlir ki, orada hər şey aydın göstərilib. Hətta, faktlarla oxumuşdum ki, çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölmüşdür. Yəni, görün ki, siqaret insan orqanizmi üçün nə qədər ziyandır. Ağciyəri tamamilə məhv edir, ancaq insanlar bilə-bilə buna gedir. Çox qəribədir ki, insan özü-özünə qənim kəsilir. Bilir ki, çox təhlükəlidir, amma deyir olsun. Hətta, qiymətlər də qalxır, amma yenə də siqaret çəkir”.
 
"Qiymətlər qalxanda düşünürsən ki, yəqin ki, siqaretin qiyməti qalxıbsa, insanların siqaret çəkməsində kəmiyyət dəyişikliyi olar, az çəkər, amma fərq eləmir. Bilirik ki, siqaret dünyada ən gəlirli sahələrdən biridir. Dünya bazarında isə hər şeyin qiyməti qalxmaqdadır, elə avtomatik olaraq da siqaretin qiyməti qalxmaqdadır. Sadəcə, mənə elə gəlir ki, bunun yeganə çarəsi odur ki, insanlar bu vərdişə birdəfəlik yox deməlidir. Bununla həm sağlamlıqlarını, həm də ciblərindəki pullarını qorumuş olarlar,-deyə deputat sonda qeyd edib”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki əl-Faysal əs-Səudu qəbul edib.

Ardını oxu...