Respublikamızın ali təhsil ocaqları içində xüsusi yeri və nüfuzu olan, müasir standartlara cavab verən elm mərkəzlərindən biri də Azərbaycan  Dövlət Aqrar   Universitetidir .(ADAU) Ali kənd təsərrüfatı mütəxəssisi hazırlayan bu qocaman təhsil ocağının tarixi ötən əsrin 20 -ci illərindən başlayır. Yarandığı vaxtlardan bu günə kimi ölkəmizə yüksək ixtisaslı kadrlar yetişdirməyə xidmət edən bu elm ocağı müxtəlif adlarla fəaliyyət göstərmişdir. Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 53 nömrəli qərarı əsasında isə, Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Hal -hazırda universitetdə  aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələri fəaliyyət göstərir, 37 kafedrada 550 nəfərdən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas növü mövcuddur. Tədris 6 ixtisasda ingilis dilində, 10 ixtisasda rus dilində, 14 ixtisas üzrə mütəxəssis hazırlığı isə, yalnız dövlət sifarişi əsasında həyata keçirilir.  Müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, əsaslı kitabxana , zəngin maddi texniki baza, ümumiyyətlə yaradılan hərtərəfli şərait yüksək ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir. Tələbələrin  asudə vaxtlarının səmərəli keçirilməsi də ən yüksək səviyyədə qurulmuşdur . Bir sözlə, bu ali təhsil ocağında elmlərə yiyələnməmək , yüksək ixtisas qazanıb , cəmiyyətə ,xalqa , vətənə faydalı olmamaq mümkün deyil .


ADAU təkcə respublikamız üçün kadrlar yetişdirməklə kifayətlənmir. Belə ki , müxtəlif ölkələrdən 70 minə yaxın gənc burada yüksək ixtisas əldə edərək öz ölkəsinə qayıtmışlar.


ADAU zəngin beynəlxalq əlaqələrə malikdir. Hal-hazırda dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə sıx əməkdaşlıq əlaqələri var. Bu təhsil ocağının rəhbərliyinin yeganə məqsədi və ən böyük  hədəfi mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq, tələbə sayını əhəmiyyətli dərəcədə artırmaq, beynəlxalq əlaqələri mümkün qədər genişləndirmək və  ADAU –nu daha yüksək reytinqli ali təhsil müəssisələri sırasına daxil etməkdir.


Bütün məqsəd və hədəflər , təbii ki , əlçatandır. Çünki  universitet etibarlı , əmin əllərdədir. Hər zaman fəxrlə və mübaliğəsiz söylədiyim kimi əsl ziyalı , əsl insan , alicənablıq ,şərəf və ləyaqət mücəssəməsi  -İbrahim müəllim bu ocağın başındadır.  Harda inkişaf ,yüksəliş, böyük uğurlar varsa ,demək , orda əvəzolunmaz lider var , rəhbər var. Belə bir rəhbər olmaq üçün isə təkcə zəngin təcrübə və təhsil kifayət etmir. Bu zaman mənəvi kamillik , daxili zənginlik . yüksək bəşəri hislər ön plana çıxır. Hər bir insan həyat yolunu  cəmiyyətdəki mövqeyini , ictimai statusunu  özü yaradır , özü formalaşdırır. Əməlləri , münasibəti və baxışları ilə! Necə ki , İbrahim müəllim bu keyfiyyətlərin daşıyıcısıdır. Təbii ki , belə ali keyfiyyətlər insanın yaradılışında olur , genlərində formalaşır , yaşam boyunca isə daha da təkmilləşib mükəmməlləşir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib ,xeyirxah əməllərdə tapan  maarifə , elmə dəyər verən- İbrahim müəllim!

ADAU –Sizin Şah əsərinizdir. Tanrı sizi qorusun, ömrünüzə bərəkət versin. Yaşayın , gözəl əməlləriniz, tükənməz enerjinizlə uğurlarınız sıralansın.
 
    Müşfiq Kişiyev.


Bu yaxınlarda Gənclər və İdman naziri Fərid Qayıbovun Ağstafa Gənclər və İdman idarəsinə müdür təyin etdiyi Əziz Məsmalıyev əvvəllər RİH-də humanitar sahəyə cavabdeh müavin Lalə Eyyubovanın pul yığanı imiş.Hazırda nazir Fərid Qayıbov Əziz Məsmalıyevi daha yüksək vəzifəyə idarə rəisi qoyub.Bu da gənc nazirin apardığı islahat.

Qeyd edək ki,Ağstafa İcra Hakimiyyətində 1-ci müavin olmuş,rüşvət və korrupsiya hallarına görə,həbs olunmuş Ramiz Tatarov artıq "yaxın silahdaşları" haqqında “sukalıq”edir, onları baqaja qoyur.O, Nizaməddin Quliyev ölən kimi bir sıra açıqlamalar verib, özünü sığortalamaq yolunu tutub. Amma bunları edərkən müəyyən faktların da üstünü açıb. Belə ki,Ramiz Tatarov bildirib ki, aldığı rüşvəti ona RİH-nin müavini Lalə Eyyubova verib. Lalə Eyyubova isə  verilmiş toplam pulu özü almadığını, ona bu pulu əvvəllər müavini işləmiş Əziz Məsmalıyevin gətirdiyini bildirib. O, açıqlamasında Əziz Məsmalıyevin Qırlı kənd uşaq bağçasının müdirindən 2000 min manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdirindən 1000 manat,bağça müdiri Xalidə Hidayətqızından 1500 manat, Köçəskər kənd 1 saylı uşaq baxçasının müdiri Sevda Rəhimovadan 2500 manat rüşvət alaraq verib. Başqa uşaq bağçaları və təhsil müəssisələri ilə də Əziz Məsmalıyev "işləyib"- deyə, Lalə Abbasova açıqlamasında bildirib. Bununla bir-birini ifşa ediblər. İndi bunlardan biri  Ağstafa Gənclər və İdman idarəsində müdir, digəri hələ də Ağstafa RİH-də müavin işləyir.

Qeyd edək ki, Report.az-ın yaydığı məlumatda Ağstafa  RİH-də humanitar sahəyə cavabdeh müavin Lalə Eyyubova özü etiraf edib ki, rüşvəti Əziz Məsmalıyev vasitəsi ilə yığıb. Bunu aşağıdakı linkə keçid verməklə oxumaq olar. İndi isə Ə.Məsmalıyev Ağstafa Gənclər və İdman idarəsini göyə "sovurur."Görünür gənc nazirin hələ Ağstafadakı kadrının əməllərindən xəbəri yoxdu. Yoxsa quzunu qurda tapşırmazdı.

https://report.az/hadise/agstafanin-icra-bascisinin-muavini-rusvet-aldigini-etiraf-edib-ittiham-akti/

P.S. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.