![]() |
![]() |
İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.
"Evdə kompot, mürəbbə və ya digər bağlamalar hazırlayarkən sanitar- gigiyena qaydalarına nəzarət olunmalıdır".
Bu gün bütün dünyada olduğu kimi, Avrasiya məkanında da ölkələr arasında qarşılıqlı maraqlara söykənən münasibətlərin bütün çalarları özünü büruzə verməkdədir.
Uzaqgörən siyasətçi, istedadlı lider Heydər Əlirza oğlu Əliyev həyatı boyu Azərbaycanın inkişafı üçün çalışmış, hər zaman, hər yerdə xalqının mənafeyini qorumuşdur.
Ukrayna hakimiyyəti istəsə, bir neçə saat ərzində hərbi əməliyyatları dayandıra bilər.
17:49
Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göygöl, Kəlbəcər, Laçın rayonlarına səfəri zamanı tikinti işləri yaxından tanış olması, həmçinin Kəlbəcərdə komando hərbi hissəsinin açılışını etməsi Silahlı Qüvvələrimizin 104-cü ildönümünə ən böyük hədiyyədir”.
“Bu gün Prezident İlham Əliyev BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Polşada keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sesiyasında “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək”mövzusunda etdiyi çıxışda Azərbaycanın şəhərlərin qurulması və inkişaf etdirilməsində baxışlarını geniş şəkildə forum iştirkçıların diqqətinə çatdırmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Bakının müasirlik və qədimliyi özündə əks etdirən dünyanın ən gözəl şəhərləri arasında yer aldığı hamıya məlumdur: “Yəni, Azərbaycanın şəhərlərin gələcəyinə baxışında etalon Bakı şəhəri kimi qeyd etmək olar. Cənab Prezident forumun iştirakçılarının diqqətini işağaldan azad olunmuş ərazilərdə ermənilərin 30 ildə törətdikləri vandallıqları haqqında məlumat verdi.
Təbii ki, erməninin iç üzünün dünya tərəfindən bilinməsi vacib məsələdir. İşğaldan azad olunmuş ərazilərdəki 9 şəhər və yüzlərlə kənd ermənilər dağıdılaraq məhv etmiş, urbisid və kultursidə çevirmişdir. Azərbaycan bu əraziləri sıfırdan başlayaraq öz gücü hesabına yenidən bərpa edir. Təbii ki, bu işdə xarici dəstəyin olması şəhərlərimizin yenidən qurulması və bərpası işimizi sürətləndirəcəkdir”.
Deputat sözlərinə belə davam edib: “Ölkə başımız öz çıxışında işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün beynəlxalq qrant layihələrə açıq olduğunu bir daha qeyd etdi. BMT-nin UN-HABİTAT proqramı tərəfindən dünyada şəhərlərin bərpasına dəstək proqramları icra edir. Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına da bu proqram çərçivəsində yardım göstərilsəydi ədalətli olardı. Çünki, 1 milyona yaxın vətəndaşımız öz doğma yurdlarına qayıtmağını gözləyir”.