Türkiyənin ən az yağıntılı bölgəsi olan Karapınar, Mərkəzi Anadoluda Konya vilayətinin qəsəbələrindən biri sayılır.
![]() |
![]() |
Türkiyənin ən az yağıntılı bölgəsi olan Karapınar, Mərkəzi Anadoluda Konya vilayətinin qəsəbələrindən biri sayılır.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur.
26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcəyimiz bu ərəfədə qürurla deyə bilərik ki, qalib Azərbaycan xalqının hər bir fərdi Müzəffər Ordusu ilə qürur duyur, əsgər, zabit adına xüsusi hörmət və rəğbət bəsləyir.
Qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı qürurla və fəxrlə söyləyir: qüdrətli Azərbaycanın qalib Ordusu iftixar mənbəyimizdir.
"Ötən əsrin 90-cı illəri dünya siyasi xəritəsinin köklü şəkildə dəyişməsi ilə tarixdə iz buraxdı.
Azərbaycanlıyam! Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var.
Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi. Şah İsmayıl Xətainin bir deyimini vardır: “Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Azərbaycan əsgəri mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq!
“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi!
“26 iyun Azərbaycan tarixində çox önəmli günlərdən biridir. 1918-ci ildə şərqdə ilk xalq cümhuriyyəti türk-islam aləmində bizim babalarımız qurub. Bu zamanlar Azərbaycan ordusu yaradılıb”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.Onun sözlərinə görə, 26 iyun Azərbaycan Silahlı Qüvvələri yaradıldı: “Qısa bir müddətdə Qafqaz İslam ordusu böyük şücaət əldə edərək Gəncədən gələrək bütün Azərbaycan işğaldan azad etdi, paytaxt Bakıya köçürüldü. 26 iyun 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Silahlı Qüvvələr Günü elan edildi. Bu tam məntiqli bir qərar idi. Azərbaycanda ordu quruculuğu Ulu Öndərin adı ilə bağlıdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu liseyin məzunları bu gün Azərbaycan Silahlı Qüvvələrində çox yüksək vəzifələrdədirlər. 1 və 2-ci Qarabağ müharibəsində böyük şücaətlər göstərmiş generallar, polkovniklər ordumuzun yüksək zabit heyətini təşkil edir. Azərbaycanda nizami ordu yaradıldı. Hərbi məktəblər, liseylər yaradıldı. Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqlar yüksək səviyyədə davam etdirilir.
Cənab Prezident İlham Əliyev hər sahədə olduğu kimi bu sahədə də Ümummilli Liderin layiqli davamçısıdır. Azərbaycan hərbisi daha da inkişaf etdirildi. Azərbaycan silah istehsalına başladı. Dünyanın ən qabaqcıl ölkələrindən ən müasir silahlar alınaraq Azərbaycan ordusuna gətirildi. Kazarmalar tikildi, ordunun hərbi-madii teknikası yüksəldildi.
Vətən müharibəsində ordumuzun inkişafı göz qabağında idi. Qələbədə böyü uğurun əldə edilməsində ordumuzun rolu danılmazdır. İllərlə aparılan zəhmət Vətən müharibəsində öz nəticəsini verdi. Bu 21-ci əsrin ən böyük müharibəsi idi və bu müharibə qısa müddətdə, 44 gün ərzində Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Ona görə ki, illərıə sistemli olaraq məqsədyönlü işlər həyata keçirilirdi. Bu ordunun maddi-texniki bazası güclü idi. Dünyanın ən güclü ordularından biri olan qardaş Türkiyə ordusu ilə birgə təlimlər keçirilirdi. 26 iyun ümumxalq bayramıdır. Xalq ordumuzla qürur duyur. Ordumuz bizim fəxarətimizdir. Bu gün münasibətilə başqa Ali Baş Komandan İlham Əliyev olmaqla bütün şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçıılarını və xalqımızı təbrik edirəm. Eşq olsun Azərbaycan ordusuna! Eşq Olsun Azərbaycan dövlətinə!”.
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
Kriptovalyuta bazarının çökdüyü son üç ay ərzində rəqəmsal valyutada var-dövlət əldə etmiş ən zəngin milyarderlərdən on bir nəfəri 61,4 milyard dollar itirib.
Azərbaycan xalqı keşməkeşli tarixə malikdir. Minilliklər boyu daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb, öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Bununla da, öz mövcudluğunu qoruyub saxlaya bilib. Milli Ordunun yaranması Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edir. Çar Rusiyasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində mühüm addımlar atmışdır. Çar dövründə azərbaycanlıları hərbi xidmətə çağırmırdılar. Səbəb də açıq aydın məlum idi - azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi. Azərbaycan Xalq Cümhuriyyətinın süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Çar dövründən fərqli olaraq Sovet dövründə azərbaycanlıları hərbi xidmətə tikinti batalyonlarda xidmət etmək üçün çağırırdılar. Məqsəd yenə də azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi olsun. Bu siyasəti yaxşı anlayan Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdə ordu quruculuğuna xüsusi diqqət ayırır. Heydər Əliyev yaxşı bilirdi ki, bir dövlətin yaşaması üçün onun güclü iqtisadiyyatı, təhsili və ordusu olmalıdır, bütün sahələrdə savadlı kadrlar olmalıdır. 1971-ci il iyunun 20 –də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil edir. Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Heydər Əliyevin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Heydər Əliyev azərbaycanlı gənclərin SSR-in hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmasına nail olur. Həmçinin gənclərimiz Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə də qəbul olmuşdular. Elə o dövrdə hərbi hazırlığı keçən hərbçilərimiz Birinci Qarabağ Müharibəsində sücaət göstərmişdilər. C. Naxçıvanski adına Hərbi Lisey yetirmələri vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Sovet hakimiyyəti dövründə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin özündə də azərbaycanlı kadrları yox idi. Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər gələndən sonra komitədə milli kadrların sayı artmağa başladı. Heydər Əliyev Azərbaycanın ən agır vəziyyətində rəhbərliyə gəlmiş və ölkəni bu vəziyyətdən xilas etmişdir. Heydər Əliyev 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılır. Məqsəd Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsidir. İkinci dəfə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da milli ordunun yaranması ən vacıb məsələyə çevrilmişdir. 1991-ci ildə Müdafiə Nazirliyinin yaranması barədə qərar qəbul edilməsinə baxmayaraq ordu quruculuğuna yalnız 1993-cü ildə başlamaq mümkün olub və silahlı qüvvələr dövlətin tam nəzarətinə keçir. Qisa müddətdə, 1994-cü ilin ilk aylarında cəbhə boyu irimiqyaslı hücum əməliyyatları başlanır. Azərbaycan əsgərlərin qəhramanlığını görən düşmən atəşkəsə razılıq verir. Heydər Əliyev 1999-cu ilin yanvarın 20-də Hərbi Akademiya yaradılması barədə fərman imzalayır. O zaman Azərbaycan nizami orduya malik deyildir. Buna görə də Qarabağda gedən döyüşlərdə vəziyyəti nəzarətə almaq çətin idi. Peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyuldu və ordu quruculuğuna elmi prinsiplə yanaşıldı, orduda siyasiləşməyə son qoyuldu. 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 22 may 1998-ci il tarixli Heydər Əliyevin Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Hər ildə bu gün ölkəmizin hər yerində qeyd edilir. Azərbaycan Milli ordusu bu gün Qafqazda ən müasir ordu hesab edilir. Azərbaycanın Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlardan ibarətdir. Bu gün ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bugünkü qələbəmizin təminatçısıdır.1995-ci ildə Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə məharət qabiliyyətli və xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında kadrların hazırlanması məqsədi ilə xüsusi kurslar açıldı. Həmin kursların müdavimləri uğurla öz peşə bacarıqlarını və xüsusi ixtisaslarını təkmiləşdirərək sərhəd qoşunların inkişafında dəniz və quru sərhədlərini, habelə hava sərhədlərinin qorunmasında, etibarlı mühafisəsində fasiləsiz olaraq həyata keçirmişlər. Bu illər ərzində sərhəd qoşunları qarşısında duran mühüm tapşırıqların yerinə yetirilməsində bir sıra uğurlu nəticələr və naliyyətlər əldə olunmuşdur. Sərhəd qoşunların yaranmasında Ulu öndərin, Respublikanın dahi memarı, ideaları ölməz, bəşəri prinsiplərlə xalqına dəyərli olan Heydər Əliyev cənabların rolu əvəzsizdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz Vətən torpaqlarımızı işğaldan azad etdi. Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi, düşmən böyük itkilər verdi istər canlı qüvvə, istərsə də texnika sarıdan. Məğlubiyyətilə barışa bilməyən düşmən cəbhə xəttindən uzaqda yerləşən qədim Gəncə, strateji obyektlər yerləşən Mingəçevir və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Qəbələ, Xızı və başqa rayonlarının yaşayış obyektləri artilleriya və ballistik raketlərlə atəşə tutmağa başladılar.Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə zərbələr endirmişdir. 44 gün sürən müharibədə müzəffər Azərbaycan Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etmişdir. 44 gün ərzində müntəzəm sürətdə təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Azərbaycan xalqı hər zaman Ali baş komandanın yanında olub, yanındadır və olacaqdır. Cənab prezidentimizin ətrafında hər zaman sıx birləşməyimizi və bizə, öz xalqına hər zaman arxalanacağını 44 günlük mübarizə və Zəfərlə sübut etdik. Biz bu qələbəni şəhidlərimizin qanı-canı bahasına, qazi əsgər-zabit qardaşlarımızın sağlamlığı bahasına əldə etdik. Biz bu qələbəyə görə müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, şəhidlərimizə, əsgərlərimizə, zabitlərimizə, qazilərimizə ömrümüzün sonuna qədər borcluyuq.
Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandanımız İlham Əliyev!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Ulu Öndər Heydər Əliyevin ruhu şad olsun!
Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri