QATİLLƏ QURBAN ARASINDA

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

VI yazı

Əvvəlki yazılar:

1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR

 

2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ

3. Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR

4. Nərminin qanı harda axdı və hardan çıxdı? EKSPERTİZA RƏYLƏRİ

5. İlkin Süleymanovun əleyhinə hansı sübutlar var?

İttiham aktındakı bir xüsusat xüsusi maraq kəsb edir. Oxuyuruq...

“İlkin İsmayılov Nərmin Quliyevanın müqavimətini qırmaq məqsədilə sonuncunu qorxudub həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsinə zidd olaraq əllərini və ayaqlarını iplə həmin tikilidə olan çarpayıya bağlayaraq uzun müddət ərzində mütəmadi olaraq Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan güclü fiziki ağrı və psixi iztirablar verməklə, eyni vəziyyətdə soyuq və az qidalanma şəraitində 4-5 yanvar 2020-ci il tarixədək həmin tikilidə saxlamaqla, hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla...”

Burda araya girib Cinayət Məcəlləsinin 126-cı və 127-ci maddələrinin nə olduğunu xatırladaq: Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma.

İndi başqa bir ifadəyə diqqət edirik: “Hətta müqavimətini qırmaq üçün”. Bir innaın müqavimətini qırmaq üçün sizcə nə etmək olar? Dərin düşünməyə gərək yoxdur, onsuz da tapa bilməyəcəksiniz.

Ardını oxuyaq:

“... hətta müqavimətini qırmaq üçün istifadəsində olan “Samsunq Galaxy J2 Prime” markalı mobil telefonla 21 dekabr 2019-cu il tarixdə, saat 18:02-də “Youtube.com” videopaylaşma saytında “Tom və Jerry” cizgi filmini, 22 dekabr 2019-cu il tarixdə, saat 14:05-də “Hercayi” serialını, saat 14:06-də “Mister Bin” animasiya cizgi filmini, 24 dekabr 2019-cu il tarixdə, saat 21:35-da qadınlar üçün kosmetik boyanma videosunu, 25 dekabr 2019-cu il tarixdə 15:33-də qız uşaqları üçün dodaqların, üzün boyanması, oyuncaqların nümayişi və bu kimi xarakterdə olan videoları, saat 15:34-də “Maşa və ayı” cizgi filmini, saat 18:54-də “Qızım və mən” serialını, 26 dekabr 2019-cu il tarixdə saat 15:44-də uşaqlarla düzgün davranış qaydalarını təbliğ edən “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın”, “Selena Selinə yardım ediyor” uşaqlar üçün videonu, “Cocuklar duymasın” videoserialını və istintaqla müəyyən edilməmiş digər tarixlərdə zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayət əməlini törətmiş...”

Doğrusu, gətirdiyim bu böyük sitatın əvvəlini- “hətta müqavimətini qırmaq üçün” və sonunu- “zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoseriallarını sonuncuya nümayiş etdirməklə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayət əməlini törətmiş...” anlamaq və mənalandırmaq mümkün deyildir. Məgər, Mister Binə baxdıqda insanın müqaviməti qırılır? Olsun, mövzumuz bu deyil.

Nərmin Quliyevanın oğurlandığı ilə meyitinin tapıldığı 47 gün müddətində bu videoseansların cəmi 5 gün davam etməsi də şübhəlidir. Məgər 21 dekabrdan 26 dekabra qədər Dondar Quşçu kəndində “Kino həftəsi” təşkil edilmişdi?

Ancaq yuxarıdakı sitatda diqqət çəkən başqa bir məqam vardır. Siyahı başa çatdıqdan sonra bu ifadəyə fikir verin: “Zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoserialları”nı... Maraqlı budur ki, “Cocuklar duymasın”ı adından fərqli olaraq heç də uşaq serialı deyildir, əksinə uşaqların tərbiyəsi ilə bağlı və hətta Azərbaycanda oğurluq variantı da çəkilən məşhur bir serialdır. “Hercayi” kimi bayağı bir serialla “Cocuklar duymasın”ı bir yerdə xoşlayan insanın əqli durumu şübhəlidir. İstintaq bu qarışıq videosiyahını “zərərçəkmişin xoşladığı digər cizgi filmləri və ya uşaq videoserialları kimi təqdim edir. Ancaq istintaqın unutduğu bir məqam var. Belə ki, biz Nərminin hansı serial və filmləri sevdiyini, mütəmadi olaraq nələrə tamaşa etdiyini bilirik. Və bu ittiham aktında. Böyük bacısı Şəbnımin ifadəsində göstərilmişdir. İstintaq Şəbnəmin ifadəsinin ittiham aktına bu cür əlavə etmişdir:

“Nərmin televizora baxıb vaxt keçirməyi xoşlayırmış və o, həm seriallara, həm də cizgi filmlərə baxırmış. Nərminin əsasən baxdıqları Azərbaycan kanalı olan «Günəş»-dən verilən «Maşa və ayı», «Şirinlər», «Köməyə tələsən itlər», «Tom və Cerri» cizgi fimləri, «Space» kanalından olan «Pulsar» serialına, Türkiyə kanalı olan «A2»-dən verilən «Selena» və «Bez bebek» serialları, «Kanal 7»-dən verilən «Elif» və «Deli divane» serialları, «Star» kanalından verilən «Yemin» serialı, «TRT çocuk» kanalından verilən «Harika kanatlar», «Bulut», «Kəl oğlan», «Doru», «Vinx club», «Canım kardeşim» və «Niloya» multifimləri, bundan başqa «CBC-Azərbaycan» və «İdman Azərbaycan» kanallarından verilən futbol və karate idman növləri ilə bağlı verilişlər olmuşdur”.

Siyahıda cəmi 2 ortaq film var, o da hər bir uşağın baxdığı “Tom və Cerri” və “Maşa və ayı”. Şəbnəmin siyahısı çox daha ağlabatan olmaqla bəravbər, bir uşağın zövqünü də dəqiq ifadə edir. İstintaq isə “Çocuğunuzla tartışırken şu 5 şeyi asla yapmayın” videosunu uşağın sevdiyi video hesab edir. Bu absurd vəziyyətin yaranma səbəbi də son dərəcə maraqlıdır.

Youtube ilə bağlı dindirilən İlkin Süleymanov, müxtəlif vaxtlarda “Youtube” kanalına daxil olduğunu bildirmiş, lakin heç vaxt uşaq cizgi filimlərinə, uşaq seryallarına, uşaqlar üçün nəzərdə tutulmuş digər videoçarxlara baxmadığını qeyd etmişdir. O, ifadəsində Youtube kanalının sisteminin tarixcəsini və axtarış qeydiyyatı funksiyasını dayandırdığını da vurğulamışdır. Nəinki kibernatika üzrə ali təhsil almış İlkin Süleymanov hətta adi bir istifadəçi üçün belə bu funksiyaları dayandırmaq çox sadə bir prosedurdur.

Və burda maraqlı bir sual yaranır: İlkin Süleymanov Youtubenin qeyd olunan funksiyalarını dayandırmışdırsa bəs istintaq onun baxdığı videoları necə müəyyən etmişdi? Və hətta İlkin Süleymanovun Nərminə göstərdiyi iddia edilən videolarla Şəbnəmin verdiyi siyahının uyğunsuzluğunu da bir kənara qoyaq. Deyək ki, İlkin Süleymanov özü istədiyi videoları Nərminə göstərmişdir.

Ancaq bu məsələdə də istintaq ittiham aktında özü-özünü təkzib edir. Belə ki, məhkəmə kompyuter-texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 2849 saylı rəyi ilə ittiham aktına əlavə edilmişdir. Həmin rəyin IV bəndində oxuyuruq:

“Tədqiq olunan mobil smartfonda Youtube xidmətində baxılmış videogörüntülərin adları tarixçəsi dayandırılmışdır, axtarış sorğuların qeydiyyatı aparılmır”.

Ancaq növbəti bənddə rəydə çox şübhəli və hətta mümkünsüz bir əməliyyat təsvir edilir. Belə ki, İlkin Süleymanovun Youtube şəbəkəsində hansı günün hansı saatında hansı videolara baxdığı “silinmiş yaddaşın bərpası zamanı müəyyən edilmişdir” izahını oxuyuruq. Bu isə iki səbəbdən mümkünsüzdür.

Belə ki, ekspertizanın IV bənddə qeyd edildiyi və İlkin Süleymanovun ifadəsində bildirildiyi kimi videoların tarixçəsi dayandırılmış, axtarış sorğularının qeydiyyatı aparılmamışdır. Qeydiyyatı aparılmayan informasiyalar silinmiş yaddaşın bərpası ilə aşkarlana edilə bilməz. Çünki bu məlumatlar nəinki silinmiş, ümumiyyətlə telefonda mövcud olmamışdır. Bundan əlavə, Youtube platformasında tarixçələrin aktiv olduğu halda belə onlara hansı saatda baxıldığı barədə məlumat arxivləşdirilmir. Ekspertiza qeydiyyatı aparılmayan məlumatları “silinmiş” kimi fiksə edib tarixçəni bərpa etmək hünərini göstərməklə kifayətlənmir, hətta Youtubedə olmayan bir funksiyanı da nümayiş etdirir.

Ancaq məsələ bununla da yekunlaşmır. İstintaq orqanı İlkin Süleymanova məhkəmə kompyuter-texniki ekspertizasının nəticələri ilə bağlı əlavə dindirmə təşkil etmişdir. Cinayət işinin XI cildində dindirmənin protokoluna yer verilmişdir. İlkin Süleymanov Youtube-nin axtarış funksiyalarını və izləmə tarixçəsini telefon aldığı gündən dayandırdığını bildirir və bunu telefonunun yaddaşının az olması ilə izah edir. Ancaq prokuror “bunun yaddaşa aiddiyyatı yoxdur” kimi gülünc bir arqumentə əsaslanaraq əlavə suallar verir. Bu funksiyaların dayandırılmasının yaddaşa bibaşa aidiyyatı var. Aşağıda gördüyünüz foto mənim telefonumun Youtube applikasiyasının telefonun fiziki yaddaşında tutduğu yeri göstərir. Burdan da Yputube informasiyalarının telefon yaddaşında depolandığı aşkar şəkildə görünür. Prokurorun bunu bilməməsini adi qarşılamaq mümkün olsa da səhv məlumatı həqiqət bilib ona əsaslanması etik bir pozuntudur.

Hətta rəydə yazılanlar gerçək olsa belə bu fakt heç nəyi dəyişmir. Heç kimi “Tom və Cerri”yə baxır deyə uşaq oğurluğuna görə ittiham edə bilməzsiniz. Ancaq istintaqın bu cür zəif dəlil yaratmaq üçün saxtakarlığa əl atması dərin təəsüf doğurmaqla bərabər istintaqın xroniki arqumentsizlikdən əziyyət çəkdiyini göstərir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İyunun 26-sı Silahlı Qüvvələr Günündə Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevin ölkənin ən çətin coğrafi relyefinə malik Kəlbəcər və Laçın rayonlarına səfr edərək hərbçilərlə birlikdə olması isə onlara göstərilən qayğının, dəstəyin ifadəsi olmaqla, həm də dünyaya bir mesajdır ki, “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə torpaqlarımız işğaldan azad oldu, torpağın sahibləri qayıdıb. Bəli, biz bu torpqların sahibiyik və bu gün Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayanıb: işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır.

Dövlətimizin başçısı ilk öncə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub, Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub və dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib. Sonra Prezident İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimindən sonra komando hərbi hissəsinin açılış mərasimindən dünyaya mesajlarını verərək bildirdi: “Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq! Qarabağ Azərbaycandır!”. Ali Baş Komandan bildirib ki, altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib: “Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”. Dövlət başçısı müharibədən sonra bu gün Azərbaycan Ordusunun daha güclü olmaqla yanaşı, həm də təchizat və həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən çox güclüdür: “Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək”.

Yenə də bu səfər zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında işğalçı Ermənistana, onlara havadar olanlara növbəti mesajını verərək bildirib ki, bu gün bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. “Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq»,-deyən Ali Baş Komandan İlham Əliyev cənabları müharibədən sonra Azərbaycan Ordusunun həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclü olduğunu diqqətə çatdıraraq bildirdi ki, «biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq» mesajını verdi: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək”. Sözsüz ki, həmişə olduğu kimi, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqlara hər səfəri və səfər zamanı verdiyi mesajlardan Ermənistan narahatlıq keçirir. Həmçinin, dövlət başçımız Kəlbəcərdən revanşistlərə Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq istənilən addımına qarşı sərt reaksiya veriləcəyi xəbərdarlığını etməyi də unutmadı. Və Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq edərək bildirdi ki, «Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın! Və əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq: “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər ki, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır”.Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanı “Düz yola” gəlməsini və 44 günlük müharibədəki məğlubiyyətlərini də unutmamağı, həm Ermənistana, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığa əngəl olanlara bir daha xəbərdarlıq etdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın və Ermənistan reallığı qəbul etməlidir: «Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər”.“Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik”,-deyən dövlətimizin başçısı bildiridi ki, işğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi”. Dövlət başçımızın dediyi kimi, biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq: “Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”.